Durna balığının faydaları
- Zülallar – 18,5 qr
- Yağlar – 1,1 qr
- Su – 79,3 qr
- Kalori – 84 kKal.
Qızardılmamış durna balığının 100 qramında 84 kalori var. O ən yaxşı dietik balıqlardan hesab edilir. Onun tərkibində olanlar orqanizmdə olan bakteriya infeksiyalarına qarşı mübarizə aparmaq və immuniteti yüksəltmək qabiliyyətinə malikdir. Araşdırmalar zamanı düzənli olaraq durna balığı yeyənlərin qripp xəstəliyinə yoluxmadıqları aşkar edilmişdir. Durna balığı fosfor və kaliumla zəngindir. Onun ətində maqnium, natrium, kalium, kükürd, dəmir, sink, yod, maqranes, xrom, ftor, kolbat, nikel, molibden, B1, B2, B6, B9, C, E, A, PP vitaminləri var. Durna balığı yemək orqanizmin B qrup vitaminlərə olan ehtiyacını ödəyir. Durna balığını suda, buğda, sobada bişirilmiş, yağda qızardılmış şəkildə yemək olur. Davamlı olaraq durna balığı yemək infarkt riskinin baş verməməsinə səbəb olur. Durna balığının əti dadlı olduğuna görə o mətbəx stolunun əl arzulalan qidalarından sayılır. Durna balığı qədim romalıların və ingilislərin ən çox sevdiyi qidalardandır. Daima bədən gözəlliyinə diqqət yetirən fransızlar da həmisə durna balığı yeməyə üstünlük verirlər.
Durna balığının zərərli xüsusiyyətləri
Durna balığı ətində olan maddələr allergiyanın əmələ gəlməsinə səbəb ola bilər.
Dietoloqlar durna balığı alarkən onun haradan ovlanmasına diqqət yetirməyi tövsiyə edirlər. Durna balığı ətində olan zərərli maddələr orqanizmdə patoloji əlamətlərin meydana gəlməsinə səbəb ola bilir. Bəzi müsəlman ölkələrində durna balığı əti ilə qidalanmağa qadağa qoyulub. Bu ölkələrdə durna balığı əti donuz əti kimi haram sayılır. Həddindən çox durna balığı yemək artıq çəkinin əmələ gəlməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Durna balığının faydaları" haqqında müzakirə