Naqqa balığının insan orqanizminə faydaları
Naqqa balığının faydalı xüsusiyyətləri
Naqqa balığının əti demək olar ki, tam sümüksüz, yağlı, yumşaq və şirin olur. Bu balığın ətini yalnız qızardılmış şəkildə yeyirlər.
Naqqa balığının əti makro və mikroelementlərlə zəngindir. Onun tərkibində kalsium, maqnium, natrium, kalium, xlor, dəmir, sink, yod, marqanes, xrom, flor, molibden, kolbat, nikel var. Naqqa balığının əti A, B1, B2, B6,B9, C, E, PP vitaminləri ilə zəngindir. Bu balığn ətində protein, yağlar və insan orqanizmi üçün lazım olan bütün elementlər var. Naqqa balığının əti amin turşularla zəngindir. Onda olan zülallar orqanizm üçün çox faydalıdır. 200 qram naqqa balığı yemək orqanizmin heyvani zülallara, amin turşulara olan tələbatını ödəyir. Naqqa balığı yemək dəri və selikli qişaların sağlam olmasına səbəb olur. Onun ətində olan zülallar orqanizmin inkişafına, boyun uzanmasına səbəb olur. Naqqa balığı uşaqlar üçün ən faydaıllı balıqdır. Naqqa balığının əti həzmi normallaşdırır, qanda şəkərin miqdarına nəzarət edir. Tərkibində olan antioksidantlar orqanizmin müdafiə qüvvəsinin artmasına və iltihabi xəstəliklərin qısa bir zamanda sağalmasına səbəb olur.
Naqqa balığının zərərli xüsusiyyətləri
Naqqa balığının ciddi əks təsirləri yoxdur, amma o bəzi hallarda allergen ola bilir. Buna görə də ilk dəfə naqqa balığı yeyərkən diqqətli olmaq lazımdır
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Naqqa balığının insan orqanizminə faydaları" haqqında müzakirə