Sazan balığının faydaları

  • Müəllif: elnare
  • Tarix: 21 aprel 2018
  • Baxış sayı: 5 918
  • 0 rəy

Sazan balığı hər növ sularda yaşaya bilən balıq növüdür. Onlar yaşamaq üçün özlərinə daha geniş və dərin yerlər axtarsalar da dayaz sularda yaşaya bilirlər. Sazan balığı isti suları sevən bir balıqddır. Onlara isti su hövzələrinin ən dərin yerlərində rast gəlmək mümkündür. Sazan balığının əti dadlı, sulu və az sümüklü olur. Bu səbəbdən də ondan kulinariyada geniş istifadə edilir.
Sazan balığından sümüyün az olması onun kulinariyada daha çox istifadə olunmasına səbəb olur. Sazan balığından nəinki qızartma, hətta kotlet belə hazırlayırlar. 
Sazan balığının faydalı xüsusiyyətləri
Dadına görə sazan balığı ən dadlı balıqlardan hesab edilir. Orta hesabla onun çəkisi 2 kiloqrama yaxın olur. Sazan balığından sousların, qızartmaların, kababların hazırlanmasında istifadə edirlər. Sazan balığının tərkibi fosfor, maqnium, kalium və dəmirlə zəngindir. Dəmir defisit anemiyadan əziyyət çəkənlərə sazan balığı yemək məsləhət görülür. Azyaşlı uşaqların, hamilə qadınların sazan balığı yemələrində fayda var. O orqanizm tərəfindən asan sorulur, görməni yaxşılaşdırır, boyun uzanmasına yardım edir, insana həyat eşqi verir.
Sazan balığının zərərli xüsusiyyətləri
Zərərli maddələr olan suda yaşayan sazan balığını yemək orqanizmə zərərli maddələrin daxil olmasına səbəb olur.
Sazan balığını ilk dəfə yeyərkən diqqətli olmaq lazımdır Bu orqanizmdə allergik reaksiyaların əmələ gəlməsinə səbəb ola b bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sazan balığının faydaları" haqqında müzakirə