Toksiki şok sindromu nədir?
- Müəllif: elnare
- Tarix: 13 iyul 2021
- Baxış sayı: 3 068
- 0 rəy
TŞS ilk dəfə 1978-ci ildə stafilokokk infeksiyalı 7 uşaqda aşkarlanmışdır. Ginekologiya sahəsinin mütəxəssisləri bu sindromla 2 il sonra rastlaşaraq, cavan qadınlarda sindromun inkişafının aybaşı zamanı superadsorbsiyaedici gigiyenik tamponlarla əlaqəsini qeyd etmişlər. Pasiyentlərin çox hissəsini 17-30 yaşlı qadınlar təşkil edir. Onların təxminən 50%-də sindromun inkişafı aybaşı ilə bağlıdır. 1/4 hallarda qeyri-menstrual TŞS doğuşdan sonrakı dövrdə Staphylococcus aureus daşıyıcılarında, 75% hallarda isə digər səbəblərdən (dəri və dərialtı infeksiyalaşma, tamponlama ilə aparılan əməliyyatlar) yaranır.Toksiki şok sindromuna müxtəlif orqan və toxumalara sistemli təsir göstərən ekzotoksin hasil edən mikroorqanizmlər — qızılı stafilokokk və A qrupundan olan piogen β-hemolitik streptokokk səbəb olur. Əksər hallarda müasir ginekologiyanın nəaliyyətləri, vaxtında aparılan diaqnostika və müalicə sayəsində stafilokokk mənşəli TŞS-li pasiyentlər 1-2 həftə ərzində sağalır, ölüm halları isə 2,6% təşkil edir. Hərarət və AT hospitalizasiya anından 2 həftə müddətində, laborator göstəricilər isə 7-14 günə normallaşır. Eritrositlərin səviyyəsi 4-6 həftədən sonra bərpa olunur. Streptokokk mənşəli toksiki şok zamanı letallıq yüksək olub, 50%-ə çatır.TŞS-in profilaktikası məqsədilə tamponların istifadə qaydasına və törədicilərin vaxtında aşkarlanması üçün doğuşlardan, ginekoloji əməliyyatlardan əvvəl müayinə protokollarına riayət olunmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Toksiki şok sindromu nədir?" haqqında müzakirə