Nalim balığının faydaları
Nalim balığının faydalı xüsusiyyətləri
Nalim balığının əti dadlı və qidalandırıcı olur. Onun ətinin 9%-ni yağlar təşkil edir. Nalim balığının qaraciyərinin 51-67%-i yağlardan ibarətdir. Nalim balığının tərkibində olanlar B1 vitamininin orqanizm tərəfindən sorulmasını ləngidir. Nalim balığının tərkibində olanlar yağda həll olan vitaminlərin (A, C, D, E) orqanizm tərəfindən sorulmasını sürətləndirir. Nalim balığının tərkibində çoxlu miqdarda yod, kalium, sink və marqanes var. Nalim balığı uşaqların zehni inkişafını sürətləndirir.
Hamilə qadınların nalim balığı ilə qidalanmasında fayda var. Bir çox uşaq qidalarına nalim balığının tərkibində olan amin turşuların tərkibinə bənzəyən süni qidalar əlavə edirlər. Bu uşağın fiziki və əqli inkişafının sürətlənməsinə səbəb olur.
Nalim balığının zərərli xüsusiyyətləri
Böyrək və öd daşı xəstəliklərindən əziyyət çəkənlərə nalim balığı yemək tövsiyə edilmir. Nalim balığının ətində olan bəzi kimyəvi birləşmələr orqanizmdə B1 vitamininin tərkibini dəyişir. Bu səbəbdən də ondan çox yedikdə orqanizmdə B1 vitamininin çatışmazlığı əmələ gələ bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Nalim balığının faydaları" haqqında müzakirə