Siyənək balığı

  • Müəllif: elnare
  • Tarix: 30 aprel 2018
  • Baxış sayı: 7 403
  • 0 rəy

Siyənək balığına ən çox Atlantik, Sakit və Şimal Buzlu okeanların sularında rast gəlinir. Onun ölçüləri dəyişkən olur. Siyənək balığının zəif inkişaf etmiş ağzı, rudiment və tökülə bilən dişləri olur. Xarici görünüşünə görə siyənək balığının 3 növü ayırd edilir. Azərbaycan sularında yaşayan siyənək balığının bel hissəsi əsasən qara olur. Siyənək balığı Xəzər sularının tempraturu 7-8*-dən az olmayan yerlərində yaşayır. Bu səbəbdən də onlar qış aylarında Xəzərin orta hissələrinə doğru hərəkət edirlər. Növləri onların quyruqlarının görünüşünə görə fərqli olur. Atlantik okeanı, Aralıq və Qara dəniz sahillərində yaşayan ölkələrin əsas qidasını siyənək balığı təşkil edir. Siyənək balığının kürüsündən daha çox istifadə olunur. Ən yaxşı kürü tökmək qabiliyyətinə malik olan siyənək balığı dərin yerlərdə yaşayan siyənək balıqlarıdır. Kürü tökən zaman isə onları sahilə yaxın, 2 metr dərinliklərdə görmək mümkün olur.
Ən yaxşı kürü tökmək qabiliyyətinə malik olan siyənək balığı baltik siyənəyi hesab edilir. Onlar bir dəfəyə 20 000-40 000 kürü qoya bilirlər. Kürüvermə dövrü 2 həftə ərzində davam edir və bu zaman balıqların yüksək tempraturu olur.Siyənək balıqları əsasən mart və aprel aylarındda sahillərə doğru yanaşırlar.
Siyənək balığının qidalandırıcı xüsusiyyətləri çoxdur. O orqanizmdə qan dövranının normallaşmasına, sinir sisteminin sakitləşməsinə, həzmin sürətlənməsinə səbəb olur. Siyənək ətinin 16-19%-i zülallar, 25%-i yağlar təşkil edir. Onun tərkibində A və D vitaminləri və çoxlu miqdarda B1 , B2, B12 vitaminləri var. 100 qram siyənək balığının ətində 17,5 qram zülallar, 2 qram yağlar və 88 kKal var.
Siyənək balığının zərərli xüsusiyyətləri
Siyənək balığının zərərləri barədə heç bir yerdə məlumatlara rast gəlinməyib. Müxtəlif qidalara qarşı allergiyası olanlar ilk dəfə siyənək balığı yeyərkən diqqətli olmaq məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Siyənək balığı" haqqında müzakirə