Hepatit C-nin zamanında düzgün müalicəsi

  • Müəllif: elnare
  • Tarix: 12 iyul 2021
  • Baxış sayı: 2 934
  • 0 rəy

Hepatit С – Flaviviridae ailəsindən olan RNT tərkibli virus tərəfindən törədilir. Bu infeksiyanın xronikləşməyə meylliyi törədicinin intensiv təzahürlərə səbəb olmadan orqanizmdə uzun müddət yaşaması ilə bağlıdır. Hepatit C virusu digər flaviviruslar kimi çoxalaraq, fərqli seroloji variantlara malik kvaziştammlar əmələ gətirir. Bu da insan orqanizmində onlara qarşı adekvat immun cavabın formalaşmasına və effektiv peyvəndin hazırlanmasına mane olur.Hepatit C virusu hüceyrə kulturalarında çoxalmadığından onun xarici mühitdə dözümlülüyünü ətraflı şəkildə öyrənmək mümkün deyil. Lakin onun İİV-lə müqayisədə daha dözümlü olması, ultrabənövşəyi şüaların təsirindən məhv olması və 50°С-yə qədər temperaturda öz həyat qabiliyyətini saxlaması barədə məlumatlar mövcuddur. İnfeksiya rezervuarı və mənbəyi xəstə insan hesab edilir. Virus qan plazmasında olur.  Kəskin və ya xroniki hepatit C-dən əziyyət çəkən şəxslər, eləcə də infeksiyanın simptomsuz getdiyi insanlar yoluxucu sayılır.Müalicə vaxtında və düzgün formada aparıldıqda hepatit C hallarının 15-25%-i sağalma ilə nəticələnir. Əksərən xəstəlik xroniki formaya keçərək, ağırlaşmaların inkişafına gətirib çıxarır. Hepatit C zamanı ölüm sirroz və ya qaraciyər xərçəngi səbəbindən baş verir, letallıq 1-5% təşkil edir. Hepatit B və V viruslarının birgə rast gəlinməsi proqnozu ağırlaşdırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hepatit C-nin zamanında düzgün müalicəsi" haqqında müzakirə