Xanı balığı
Xanı balığının faydalı xüsusiyyətləri
Xanı balığının ətində yağlar, B1, B2, B3, B9, B6, B12, C, E, D, A, PP vitaminləri var. Onun əti makro və mikro elementlərlə(kalium, fosfor, kalsium, dəmir, sink, maqnium, natrium, xlor, kükürd, yod, marqanes, ftor, molibden, kolbat, nikel və s.) zəngindir. Xanı balığının əti ağ, az yağlı, az sümüklü və keyfiyyətlidir. Onun ətinin özünəməxsus dadı olur. Onun qızardılmış, hisə verilmiş, buğda və ya sobada bişirilmişindən istifadə edilir. Xanı balığından dadlı konsevlərin hazırlanması zamanı istifadə edilir. Xanı balığını dondurucuda 3-4 ay saxlamaq mümkündür. Şorba hazırlamaq üçün xanı balığı ən yaxşı seçimdir.
Xanı balığının zərərli xüsusiyyətləri
Müxtəlif qıcıqlandırıcılara qarşı allergiyası olan adamlara xanı balığı yemək məsləhət görülmür. Podaqra, sidik daşı xəstəlikləri zamanı çoxlu miqdarda xanı balığı yemək məsləhət görülmür. Balıq ətinin tərkibində olan purin xəstəlik əlamətlərinin artmasına səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xanı balığı" haqqında müzakirə