Daban(karas) balığının faydaları
Daban balığının kaloriliyi
Daban balığının tərkibində zülallar, yağlar və mikroelementlər var. 100 qram təzə daban balığının tərkibində 87 kKal var. Onu qızartdıqda isə bu miqdar daha da artır. Ondan az miqdarda istifadə etmək kökəlməyə səbəb olmur. 100 qram daban balığının qida dəyəri:
- Zülallar – 17,7 qr
- Yağlar – 1,8 qr
- Su – 79 qr
- Kaloriliyi – 87 kKal.
Onun yağlılığı çəkisinin 6-7%-i, züllalla zənginliyi isə ümumi çəkisinin 18%-ini təşkil edir. Bu balığın tərkibində olan vitaminlərin demək olar ki, hamısı yağda həll olan (A, C, D, E və s.) vitaminlərdir. Daban balığının əti yod, marqanes, sink və dəniz mineralları ilə zəngindir. Bu balığın ətində yüksək keyfiyyətli zülallar var. Bu zülalların tərkibi isə süzülməmiş yağ turşuları ilə zəngindir. Uşaq yaşlarından daban balığı çox yeyən böyüdükdə elmi bilikləri asan qavrayır. Onun tərkibindəkilər digər balıqlarla müqayisədə əqli inkişafın iki dəfə yüksək olmasına səbəb olur. Daban balığı uşaqların zehni və əqli inkişafının inkişaf eləməsinə səbəb olur. Uşağın normal böyüməsi üçün həftədə ən azı bir dəfə daban balığı yeməsi lazımdır. Hamilə və südəmizdirən qadınlara daban balığı yemək çox faydalıdır. Bu balığın tərkibində olan yağlar uşağın beyninin yaxşı inkişaf etməsinə səbəb olur. Daban balığının tərkibində olan omeqa yağları ana bətnində olan uşağın beyin hüceyrələrini yaxşı inkişaf etdirir.
Daban balığının zərərli xüsusiyyətləri
Həddindən çox daban balığı yemək artıq çəkinin əmələ gəlməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Daban(karas) balığının faydaları" haqqında müzakirə