Kefal balığı
Xəzər dənizində kefal balığının iki növü yaşayır: qızılı kefal və sivriburun kefal.
Kefal balığı xoş və zərif dada malikdir. Onun tərkibində olan xüsusi yağ kefalın özünəməxsus qoxuya malik olmasına səbəb olur. Kefal balığından əla delikates hazırlanır.
100 qram kefal balığının qida dəyəri
- Zülallar – 19,35 qr
- Yağlar – 3,79 qr
- Karbohidratlar – 77,01 qr
- Kalori – 117 kKal.
Kefal balığının faydalı xüsusiyyətləri
Kefal balığının tərkibi faydalı vitaminlərlə və minerallarla zəngindir. Bu balıqda ekstraktiv maddələr(xolin, kreatin, inozit, qlokogen, karnozin, süd turşusu və s.) var. Bu maddələr orqanizmdə həzm sisteminin normallaşmasına səbəb olur. Kefal balığında maqnium, natrium, kalium, xlor, fosfor, dəmir, kükürd və müxtəlif mikroelementlər var. Tərkibində olan elementlər kefal balığının insan orqanizmi üçün faydalı qida olduğunu sübut edir.
Müalicəvi xüsusiyyətləri
Uşaqların kefal balığı ilə qidalanmasında fayda var. Kefal balığı dəri xəstəlikləri ilə mübarizə aparır, onların əmələ gəlməsinin qarşısını alır və sağalmasını sürətləndirir. Doqquz aylığından sonra kefal balığı yedizdirilən uşaqlar digər uşaqlara nisbətən daha sağlam olurlar. Araşdırmalar zamanı qida rasionunda kefal balığı olan uşaqların digər uşaqlardan 24% sağlam olmaları təyin edilmişdir.
Kefal balığı yemək fiziki gücü artırır və orqanizmi fiziki yükdən azad edir. Onun tərkibində olan amin turşuları və bioloji aktiv maddələr ürək-damar sistemini möhkəmləndirir, tərkibində olan yod qalxanvari vəzin işini yüngülləşdirir, piylənmənin qarşısını alır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kefal balığı" haqqında müzakirə