Qalxan balığının faydaları

  • Müəllif: elnare
  • Tarix: 30 iyul 2018
  • Baxış sayı: 2 520
  • 0 rəy

Qalxan balığı dəniz balığıdır. Onun gözləri başının bir tərəfində yerləşir və əksər hallarda qapalı olur. Qalxan balığının gözləri əsasən onun sağ tərəfində yerləşir. Qalxan balığının bədəni asimmetrik olur və hər tərəfi müxtəlif rənglərdə olur. Onun göz olan tərəfi tünd qəhvəyi, göz olmayan digər tərəfi isə sarı-narıncı rəngdə olur. Qalxan balığı kiçik xərçəng və digər xırda balıqlarla qidalanır. Qalxan balığı 35-40 sm uzunluqda olur və on milyonlarla kürü qoymaq qabiliyyətinə malikdir.
Necə saxlamalı?
Qalxan balığını uzun müddət saxlamaq məsləhət görülmür. Onu tez bir zamanda bişirib yedikdə daha dadlı olur.Onu soyuducunun aşağı bölməsində saxlamaq olmaz. Qalxan balığını qısa müddət ərzində də saxlamaq lazım gəldikdə onu soyuducunun buz olan hissəsində saxlamaq lazımdır.
Qalxan balığının istifadəsi
Qalxan balığı az kalorili və dietik balıqlardandır. O orqanizm tərəfindən asan sorulur. Onun bu xüsusiyyəti tərkibində olan omeqa yağlarının da orqanizm tərəfindən asan sorulmasına səbəb olur. Tərkibindəkilər qalxan balığının ürək-damar xəstələri üçün faydalı olduğunu təsdiqləyir. 
Mütəxəssislər qalxan balığını qısa bir zamanda təmizləməyi və bişirməyi məsləhət bilirlər.
Qalxan balığının faydalı xüsusiyyətləri
Qalxan balığı dietik balıqlardandır. Onun tərkibində faydalı yağlar və zülallar var. Qalxan balığının tərkibi fosfor və omeqa yağları ilə zəngindir. Onun tərkibində tiamin, riboflavin, piridoksin, nikotin turşusu və pantoten turşusu var. Qalxan balığının tərkibində olan amin turşuları qanda xolesterinin miqdarının azalmasına səbəb olur.
Qalxan balığının ətində kalium, kalsium, dəmir, maqnium, sink, fosfor və müxtəlif makro, mikro elementlər var. Onun tərkibində olanlar aşağıdakılara səbəb ola bilir:
* su-duz mübadiləsini yaxşılaşdırır
* qlükozanı enerjiyə çevirir
* dişlərin möhkəmlənməsinə səbəb olur
* qanda hemoqlabinin əmələ gəlməsinə səbəb olur
* fermentlərin funksiyasını yaxşılaşdırır
* əzələ və əqli fəaliyyəti artırlılr
* immuniteti artırır.
Qalxan balığı yemək orqanizmin yoda olan təlabatını ödəmək qabiliyyətinə malikdir. O dərinin möhkəmlənməsinə və cavanlaşmasına səbəb olur. Qalxan balığı yemək artıq çəkinin əmələ gəlməsinə səbəb olmur.
Qalxan balığının zərərli xüsusiyyətləri
Allergiyadan əziyyət çəkənlərə qalxan balığı yemək məsləhət görülmür. Qaraciyər və böyrək problemlərindən əziyyət çəkənlərə də qalxan balığı yemək məsləhət görülmür. Azyaşlı uşaqlara qalxan balığı verdikdə diqqətli olmaq lazımdır. Balığın əti qurğuşun və ağır metal zəhərləri ilə zəhərlənmiş olar və bu da uşaqlarda zəhərlənmə əlamətlərinin meydna çıxmasına səbəb ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qalxan balığının faydaları" haqqında müzakirə