Çapaq balığı
Çapaq balığının uzunluğu 30-50 sm, bəzi hallarda 70 sm, çəkisi isə 8 kq və daha artıq ola bilir. Çapaq balığı bütün sularda yaşayır. Buna səbəb isə onun süni surətdə çoxladılmasıdır. Çapaq balığı dərin və sakit çaylarda yaşayır, suların yığıldığı yerlərdə, dərin su quyularında, müxtəılif su hövzələrində yaşaya bilir. Bu balıq növü su hövzələrinin dərin yerlərində yaşadığı üçün onu tutmaq üçün su hövzələrinin ortalarına doğru gedib tilov atmaq lazımdır.
Çapaq balığının faydalı xüsusiyyətləri
Çapaq balığının 9%-ini yağlar təşkil edir. Onun əti yumşaq və yağlı olur. Çapaq balığının əti kalium, omeqa3, kalsium, maqnium, natrium, xlor, fosfor, dəmir, xrom, ftor,molibden, nikel, B1, B2, C, E, PP, A və digər vitaminlərlə zəngindir. Çapaq balığı ən yağlı balıqlardandır. Onun tərkibində olan yağlar qan damarlarını təmizləyir, orqanizmin D vitamininə olan tələbatını ödəyir. Çapaq balığının tərkibində olan vitamin və minerallar sümük sisteminin möhkəmlənməsinə səbəb olur. Çapaq balığının tərkibindəki yağların xaric olunmaması üçün onu limonlu-portağallı sousda və ya zeytun yağında qızartmaq lazımdır. Çapaq balığını aşağıdakı reseptlə hazırladıqda daha dadlı olur:
Şüyüd xırda doğranır və balığın içərisinə sürtülür. Bir portağalın şirəsi sıxılır və yarım limonun şirəsinə əlavə edilir. Qarışım çapaq balığının üstünə tökülür və 2-3 saat saxlanılır. Sonra balığın üzərinə 2-3 stəkan zeytun yağı əlavə edilir və folqaya bükülüb sobada bişirilir. Bu ən qədim balıq reseptlərindən biridir.
Çapaq balığının zərərli xüsusiyyətləri
Nadir hallarda balıq allergik reaksiyaların baş verməsinə səbəb olur.
Hisə verilmiş çapaq balığının tərkibində kanserogen maddələr ola bildiyinə görə o orqanizm üçün zərərli ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Çapaq balığı" haqqında müzakirə