Ən yaxşı xəmir reseptləri
- Müəllif: elnare
- Tarix: 28 aprel 2017
- Baxış sayı: 5 515
- 0 rəy
Ən yaxşı xəmir reseptləri
Tort və digər xəmirlərinizin ideal olması üçün aşağıdakı qaydalara əməl edin
- 1. Tortun xəmirinin yaxşı olması üçün ona qatılan unun 1 qaşığını kartof unu (kraxmal) ilə əvəz edin. Bu zaman sizin tortunuzun biskviti daha yumşaq və dadlı olacaq. Bu qayda ilə bişən xəmir 2-3 gün saxlanılsa da xarab olmur.
- 2. Tort üçün bişiriləcək xəmirin ununu bir-neçə dəfə ələyin. Bu zaman un oksigenləşəcək və biskvitiniz daha da havalı olacaq.
- 3. Çorək və biskvit xəmirinin yaxşı olması, uzun müddət qalması və xarab olmaması üçün onların ununa az miqdar mannı əlavə edin.
- 4. Şirniyyatlarınızın xəmirinin yaxşı olmasını istəıyirsinizsə o zaman onlar qatdığınız südün bir hissəsini mineral su ilə əvəz edin.
- 5. Xəmiri saxladığınız otağın pəncərələrini 2 tərəfli açıq saxlamayın.
- 6. Xəmiri soyuq havalarda pəncərə və ya soyuducu yanında saxlamayın.
- 7. Mayalı xəmir yoğuracaqsınızsa o zaman suyun temperaturunu 30-35*-dən aşağı etməyin. Çünki, aşağı tempraturda maya öz keyfiyyətini itirir.
- 8. Xəmir yoğurmağa başladığınız zaman əllərinizi una quru halda toxundurun.
- 9. Xəmiri sobaya qoyduqdan sonra ilk 20-30 dəqiqə ərzində sobanın qapısını açmayın, çünki xəmir şişməz.
- 10. Piroq bişirərkən onu zəif temperaturda bişirin, bu zaman piroq daha dadlı olar.
- 11. Piroq xəmirinə ərinməmiş yağ qatdıqda daha təravətli olur.
- 12. Piroq bişirərkən su əvəzinə süd və az miqdarda portağal və ya limon qabığı əlavə edin.
- 13. Mayalı xəmir yoğurarkən əvvəlcə mayanın təzə olmasına əmin olun. Bu sizin xəmirinizin daha da yaxşı şişməsinə səbəb olacaq.
- 14. Çörək xəmiri yoğurarkən ona az miqdar şəkər tozu əlavə eləmək xəmirin dadlı olmasına səbəb olur.
- 15. Xəmirin dadlı olması üçün ona qatılacaq xamanı və ya yağı ən sonda əlavə etmək lazımdır.
- 16. Biskivit və tort xəmirinin daha çox havalı olması üçün ona yanlız yumuyrta sarısı qatın.
- 17. Piroq və ya biskvit bişirərkən xəmiriniz nə qədər nazik olarsa, bir o qədər dadlı olar.
- 18. Piroqun tez qurumamsı üçün onu sobadan çıxarıb soyumağa qoyduqda altına kraxmal səpin.
- 19. Xəmiri açıq pəncərə qabağında qısa müddət ərzində soyutmağa çalışmayın. Xəmir nə qədər gec soyuyarsa, bir o qədər dadlı olar.
- 20. Çörək xəmirinin dadlı olması üçün onu sobaya qoyan zaman üstünə süd, yumurta sarısı və ya duru yağ sürün.
- 21. Xəmirə sodanı çox qatsanız onun rəngi boğöulacaq və bişəndə ondan soda iyi gələcək.
- 22. Xəmiriniz çox yumşaqdırsa o zaman listə adi kağız sərin və bişirin.
- 23. Piroq bişirərkən onun xəmirinə kişmiş əlavə etsəniz daha dadlı olar.
- 24. Maya ilə yöğrulmuş xəmiri bişirməyə vaxtınız olmayıbsa o zaman xəmiri polietlen paketə büküb soyuq suda saxlaya bilərsiniz.
- 25. Yağlı və mayalı xəmiri bir müddət soyuducunun buzluğunda saxlamaq mümkünür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ən yaxşı xəmir reseptləri" haqqında müzakirə