Çoxlu şirniyyat yeyənlərin dərisi qocalanda necə olur?

  • Müəllif: elnare
  • Tarix: 19 mart 2017
  • Baxış sayı: 4 656
  • 0 rəy

Çoxlu şirniyyat yeyənlərin dərisi qocalanda necə olur?
Bəzi insanların şirniyyata qarşı həddindən çox meyilliyi olur. Şirniyyatların tərkibində isə karbohidrat və şəkərin çox olduğunu nəzərə alsaq o zaman bu qidanın insan dərisinə təsirsiz ötüşməyəcəyini də nəzərə almalıyıq. Şirniyyatı çox yeyən adamların üzünün dərisi qocalanda aşağıdakı kimi olur:
* qıcıqlanmaya həssas
* ləkəli və səpgilərə meyilli
* sızanaqlı
* solğun
* boz ləkəli
* gözaltı torbalı
Gündəlik qəbul edilən qidaların tərkibində şəkərin miqdarının normadan çox olması qəbul edilən qlükozanın kollagenlə əvəz olunmasının qarşısını alır Bu zaman kollagen davamlılığını və elastikliyini itirir. Artıq qəbul edilən şəkər orqanizm tərəfindən işlənib həll ola bilmədiyinə görə bədəndən xaric olmur və yığılıb qalır. Yığılıb qalan artıq şəkər isə orqanizm də dərialtı piy toxumasına çevrilir. Bu səbəbdən də şirniyyatdan çox istifadə edən adamların üzü yaşlandıqda iri olur.
Qida rasionunda şəkər və karbohidratlardan çox istifadə etmək bağırsaqlarının mikroflorasına mənfi təsir edir. Bu zaman dəridə iltihabi proseslər meydana çıxır. Bu isə ən çox üzün dərisində sızanaqlar şəklində özünü biruzə verir. Bəzən isə sızanaqlar çiyin və döş bölgəsinin dərisində də rast gəlinir.
Orqanizmə şəkər daxil olduqda orqanizm şəkəri qanda neytrallaşdırmaq üçün insulin ifraz etməyə başlayır. Şəkərin qəbulu həddindən çox olduqda isə insulinin miqdarı buna çatmır və artıq şəkər qanda dövr edir. Bu isə özünü üzdə və buxaq nahiyədə dərinin rənginin dətişməsilə özünü göstərrir.
Əgər üzünüzün dərisinin və üzünüzün yaşlaşanda yuxarıda yazılan kimi olmağını istəmirsinizsə o zaman qidanızdan şəkərin miqdarını mütləq azaldın. Qanda şəkərin miqdarını artıran qidalara aşağıdakılar daxildir:
* tortlar
* peçenyelər
* bütün növ bişinti məhsulları
* fastfud qidalar
* tərkibində şəkəri çox olan meyvələr
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Çoxlu şirniyyat yeyənlərin dərisi qocalanda necə olur?" haqqında müzakirə