Qozlu küncütlü çörək
Lazım olanlar:
-3 stəkan un
-1 paket marqarın
-2 xörək qaşığı qatıq
-1 çay qaşığı qabartma tozu
-duz
-1 stəkan süd
-1 çay qaşığı duru yağ
-4-5 qaşıq küncüt
-1 ədəd yumurta sarısı
-üyüdülmüş qoz.
Un qaba tökülüb, ortası açılıb, marqarin, qatıq, süd, qabartma tozu və duz əlavə edilib xəmir yoğrulur. Xəmir yumşaq olmalıdır.
Xəmir dincəlməyə qoyulur, yarım saat sonra 2 hissəyə bölünür. Bölünmüş hissənin biri yenidən 2 yerə bölünür. Xəmir kündəsinin irisini yağlanmış tavaya əllə yayıb, üstünə yağ sürtülür. Sonra orta ölçüdə olan xəmir qoyulub yağ sürtülür, daha sonra isə üçüncü kündə qoyulub yağlanır. Hər xəmir yağlandıqca, yağın üstünə küncüt və qoz səpilir. Sonda çörəyin üstünə yumurta sarısı sürtülüb əvvəlcədən isidilmiş sobada bişirilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Qozlu kişmişli rulet
15 yanvar 2017
Şokoladlı çorək
15 yanvar 2017
Çörəkotlu peçenye
15 yanvar 2017
Qozlu kakaolu peçenye
15 yanvar 2017
Almalı qurabiyə
15 yanvar 2017
ƏTLİ BÖRƏK
15 yanvar 2017
Duzlu peçenye
29 yanvar 2017
Günəş çörək
15 yanvar 2017
Pendirli şüyüdlü peraşki
15 yanvar 2017
"Qozlu küncütlü çörək" haqqında müzakirə