Milfoy (qat-qat) xəmirin hazırlanması.
Lazım olanlar:
– 500 qram un
– 250 qram kərə yağı
– 1 şüşə yarı buzlu, qazlı su
– 4 xörək qaşığı su
– 1 yemək qaşığı limon suyu
– 1 çay qaşığı su.
Un, xəmir yoğrulacaq qaba tökülür, üstünə düz və limon suyu səpilir. Daha sonra qazlı su və adi soyuq su unun üstünə tökülür. Xəmir yoğrulub 20 dəqiqə dincəlməyə qoyulur. Xəmir bərk və soyuq olmalıdır.
Sonra xəmir dördkünc şəkildə yayılır və otrasına kərə yağı qoyulub üstü xəmirin qatlanmış ucları ilə örtülür. Oxlovla yayılıb yenidən qatlanır və yenə yayılır. Xəmir soyuq, əl işi isə cəld olmalıdır ki, yağ əriyib prosesin gedişini pozmasın. Xəmir açılıb yayılır və üçqat qatlanır və yenidən yayılıb soyuducuya qoyulur. 20 dəqidə sonra xəmir yenidən yayılır və qatlanır. Milfoy xəmir soyuducunun dondurma gözündə saxlanılır və istənilən şirniyyat və böyrəklərdə istifadə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Şokoladlı çorək
15 yanvar 2017
Qovurmalı pizza
15 yanvar 2017
Qozlu küncütlü çörək
15 yanvar 2017
Albalı ilə pirojna
16 yanvar 2017
İTALİYAN PIZZASI
15 yanvar 2017
Ərikli qatlar
15 yanvar 2017
"Yeni il" peçenyesi
22 yanvar 2017
Qadın kaprizi
15 yanvar 2017
"Milfoy (qat-qat) xəmirin hazırlanması." haqqında müzakirə