Bahar keksi
Lazım olan ərzaqlar:
Xəmir üçün: büğda unu – 350 qr, şəkər tozu- 200 qr, kərə yağı – 200 qr, xama – 300 qr, yumurta – 5 dənə, kakao-toz – 3 xörək qaşı, qabartma tozu – 3 çay qaşığı.
Qlazur üçün: şəkər pudrası – 100 qr, yumurtanın ağı – 1 dənə, şokolad – 100 qr, qaymaq – 100 ml, limon şirəsi – 2 xörək qaşığı.
Hazırlanma qaydası:
Yumşalmış yağı şəkərlə çalmalı. Yumurtaları çalıb yağla qarışdırmalı, sonra üzərinə xama əlavə edin, daha sonra unu qabartma tozu ilə birlikdə əlavə edin.
Alınmış xəmiri 2 hissəyə bölün. Bir hissəyə kakao tozu əlavə edin. Sobanı 200 dərəcəyə qədər qızdırın. Formaya ağ xəmirin ¼ hissəsini tökün, sonra isə bir o qədər də tünd xəmiri tökün, beləcə xəmir qurtarana qədər hissələri növbə ilə tökün. Keksi 30 dəqiqə bişirin,
2 növ qlazur hazırlayın. Birincisi: yumurta ağı, şəkər pudrası, limon şirəsi və rəngləyici maddəni qatı köpük əmələgələnə qədər mikserlə çalın. İkincisi: şokoladı əridin, qaymağı əlavə edıb qarışdırın.
Keksi soyudun, əvvəlcə üzərinə şokoladlı, sonra isə ağlı qlazuru tökün.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Şokoladlı fındıqlı tort
16 yanvar 2017
GECƏ-GÜNDÜZ TORTU
15 yanvar 2017
Quş südü tortu
15 yanvar 2017
Piano keks
15 yanvar 2017
Portağal tortu
15 yanvar 2017
Kəsmikli üçkünc peçenye
15 yanvar 2017
Qozlu kişmişli rulet
15 yanvar 2017
“Qarışqa yuvası” tortu
16 yanvar 2017
Qadın kaprizi
15 yanvar 2017
"Bahar keksi" haqqında müzakirə