Vegeterian şaurma

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 019
  • 0 rəy

VEGETERİAN ŞAURMA
Lazım olanlar:
– 1 pomidor
– 1 xiyar
– 1 qırmızı soğan
– duru yağ
– ½ stəkan noxud
– 1 yer kökü
– 1 xörək qaşığı üyüdülmüş noxud
– duz, istiot, zirə
Sous üçün:
– 1 xörək qaşığı küngüt
– 1 diş sarımsaq
– 2-3 xörək qaşığı zeytun yağı
– ½ çay qaşığı qara istiot.
1. Noxud axşamdan suya qoyulub yumşaldılır, sonra bişirilir.
2. Yer kökü buğda bişirilir.
3. Noxudu, yerkökünü, soğanı ət maşınından keçirib duz vurulub qarışdırılır.
4. Qarışıma un əlavə edilib yuvarlaq şəkilə salınıb duru yağda qızardılır.
5. Pomidor, xiyar, qırmızı soğan nazik-nazik doğranır.
6. Yuxanın içərisinə tərəvəzlər və qızardılmış noxud kotleti qoyulur.
7. Küngüt və istiot quru tavada qovrulur, qəhvəüyüdəndə üyüdülür, sarımsaq və yağ əlavə edilir, yuxadakı tərəvəzlərin üstünə tökülür.
NUŞ OLSUN!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Vegeterian şaurma" haqqında müzakirə