“Yeni il”salatı
Lazım olanlar:
* döş əti – 300 qram
* kahı – 1-2 yarpaq
* bolqar bibəri – 1 ədəd
* qırmızı soğan – 1 ədəd
* soya sousu – 4 xörək qaşığı
* sarımsaq – 2 diş
* mayonez – 4 xörək qaşığı
* yarım naringinin şirəsi
* duz, istiot
* zeytun yağı – 2 xörək qaşığı
* ağ baton çörək – 3 dilim
* holland pendiri – 100 qram
* şüyüd, cəfəri
* qara çörək – 2 xörək qaşığı
* zeytun yağı – 1 xörək qaşığı.
Salatın hazırlanması uzun vaxt aparsa da çox dadlıdır.
Çörək dilimləri kubuk şəklində doğranıb 2 qaşıq zeytun yağnda qızardılır. Qızardılmış çörək dilimləri dərin qaba qoyulur, 2 xörək qaşığı duru yağ, 2 xörək qaşığı soya sousu, qara istiot və qara çörək qarışdırılıb marinad hazırlanır. Qızdırılmış tavada əvvəlcədən marinada qoyulmuş ət qızardılır. Ətlər soyuduqdan sonra çörəklərin üstünə əlavə edilir. Pendir, göy soğan, göyərtilər və əzilmiş sarımsaq qarışdırılır, fındıq boyda şariklər hazırlanır. Bolqar bibəri, qırmızı soğan yarım halqa şəklində nazik doğranır. Kahı əllə, xırda hissələrə bölünür.
Kənarda 4 xörək qaşığı mayonez, 1 xörək qaşığı soya sousu, 1 diş əzilmiş sarımsaq, qara istiot və naringi sirəsindən qarışım hazırlanır. Qarışım ərzaqların üstünə əlavə edilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"“Yeni il”salatı" haqqında müzakirə