Toyuq ətindən şaurma

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 963
  • 0 rəy

 Lazım olanlar:
– 500 qram döş əti
– 2 pomidor
– 1 xiyar
– 100 qram ketçup
– 50 qram mayonez
– 200 qram kələm
– ½ stəkan kefir
– 1 qırmızı soğan
– lavaş
– bitki yağı
– duz,istiot
1.Toyuğun döş əti hissələrə bölünür.
2.Ət yağda qızardılır,duz-istiot vurulur.
3.Kələm nazik doğranır,duz,mayonez vurulur.
4.Soğan halqa şəlində doğranır.
5.Ketçup mayonezə qatılır.
6.Pomidor,xiyar doğranır.
7.Yuxanın üzərinə toyuq ətinin 1/4 hissəsi qoyulur, kələm,xiyar, pomidor əlavə edib,sous tökülür.
8.Yuxa bükülən zaman içindəkilər dağılmasın deyə bir tərəfdən içəri doğru qatlanır.
NUŞ OLSUN!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Toyuq ətindən şaurma" haqqında müzakirə