İspanaqlı toyuq salatı

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 433
  • 0 rəy

İspanaqlı toyuq salatı
Lazım olanlar:
* 300 qram yer kökü
* 125 qram toyuq suyu (Qalina blanka tableti)
* 400 qram döş əti
* 1 ədəd soğan
* 7 xörək qaşığı zeytun yağı
* 1 diş sarımsaq
* 4 xörək qaşığı sirkə
* 2 xörək qaşığı xardal
* 50 qram yerfındığı
* 200 qram ispanaq
* duz, istiot.
Yer kökü toyuq suyunda bişirilir. Ət xırda doğranılıb, qaynar tavada qızardılır, duz və istiot əlavə edilir. Xırda doğranmış soğan və sarımsaq başqa tavada qızardılır, sirkə, duru yağ, xardal əlavə edilib qarışdırılır. Yerfındığı qovrulub qabığı soyulur, ətin üstünə tökülür. İspanaqlar yuyulub, suyu süzülür, yer kökü ilə birlikdə ətə qatılır.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İspanaqlı toyuq salatı" haqqında müzakirə