Yay aylarında hansı salatları yeməli?

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 4 309
  • 0 rəy

Yay aylarında hansı salatları yeməli?
Kabvoy salatı
Təzə 2 pomidor,2 bişmiş kartof soyulur,3 bişmiş yumurta və 1 baş soğanla birlikdə nazik-nazik doğranır,üzərinə doğranmış göyərti və mayonez əlavə edilir,duz vurulur.
Yerkökü salatı
2 yerkökü yuyulur,1 almanın qabığı soyulur və çəyirdəkləri çıxarılır,nazik-nazik doğranır.Üzərinə yarım stəkan göy noxud,duz və istiot əlavə edilib mayonez qatılır və qarışdırılır.
Yaz salatı
1 bişmiş kartof,1 alma,1 təzə xiyar,turp,kahı,göy soğan,kişniş,şüyüd və 1 xörək qaşığı göy noxud əlavə edilir.
Kələm salatı
Kələm nazik şəkildə doğranır,duz tökülüb suyu çıxmaq üçün əldə ovuşdurulur,qabığı soyulmuş alma və kərəviz doğranıb qatılır.Mayonez əlavə edilib qarışdırılır.
Olivye salatı
6 kartof,3 yerkökü,3 yumurta bişirilir,soyuyandan sonra doğranır.1 alma,2 turşu xiyar,200 qram bişmiş toyuq əti və 1 qaşıq goy noxud əlavə edilib,duz,istiot vurulub mayonez qatılır.
Turp ilə göy soğan salatı
Turp nazik-nazik doğranır,azca duzlanır,üzərinə göy soğan,2 ədəd soyutma yumurta,şüyüd,cəfəri doğranır və xama əlavə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yay aylarında hansı salatları yeməli?" haqqında müzakirə