Şokoladlı çorək

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 1 574
  • 0 rəy

Şokoladlı çorək
Lazım olan ərzaqlar:
* 1,5 qaşıq quru maya
* yarım stəkan ilıq su
* 1,5 stəkan ilıq süd
* 5 xörək qaşığı otaq temperaturunda kərə yağı
* yarım stəkan şəkər tozu
* 1 ədəd yumurta
* 1 ədəd yumurta sarısı
* 1 çay qaşığı duz
* 4 stəkan un
* yarım stəkan şokoladlı fındıq kreması
* 1 ədəd yumurta ağı.
Qızartmaq üçün:
* 2 stəkan duru yağ.
Üzərinə sürtmək üçün:
* 1 stəkan şəkər tozu
* 1 xörək qaşığı darçın.
Hazırlanması:
Quru maya az miqdar su ilə qarışdırılıb kənara qoyulur. Geniş bir qabda ilıq süd və kərə yağı çalınır, şəkər tozu, 1 ədəd yumurta, 1 yumurtaın sarısı, duz mayalı qarışım və un əlavə edib xəmir yoğrulur. Xəmir yumuşaq olmalıdır. Xəmirin istənilən olması üçün unu artırıb azaltmaq olar. Xəmir 1 saatlığa dincəlməyə qoyulur. Sonra xəmir taxtanın üstünə qoyulub yenidən yoğrulur və 2 hissəyə bölünür. Xəmirlər 6-7 sm qalınlığında yayılır, stəkanın ağzı ilə dairə şəklində kəsilir (xəmir dördkünc də kəsilə bilər). Dairələrin yarısının üstünə şokoladlı fındıq kremi sürtülür və ətraflarına yumurta ağı sürtülür. Başqa bir dairəvi xəmir onun üstünə qoyulur və ətraflarından basılır ki, yumurta azı vasitəsilə birləşsinlər. Arası kremlənmiş və üst-üstə qoyulmuş xəmirlər düz bir qaba bir-birindən aralı düzülür, üstü folqa ilə örtülür və 45 dəqiqə sonra yağlanmış listə düzülüb bişiriir. Xəmirlərin kənarları qızılı rəng aldıqda sobadan çıxarılır.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Şokoladlı çorək" haqqında müzakirə