Qozlu kişmişli rulet

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 426
  • 0 rəy

Qozlu kişmişli rulet.
Lazım olanlar:
* 125 qram kərə yağı
* 1 ədəd yumurta ağı
* 1 stəkan qatıq
* 3 xörək qaşığı şəkər tozu
* 3,5 stəkan un.
İçlik üçün:
* 1 stəkan kişmiş
* 1 stəkan qoz
* 3 xörək qaşığı şəkər tozu
* 1 çay qaşığı darçın.
Kişmiş, qoz üyüdülür və darçınla şəkər tozu əlavə edilib içlik üçün hazırlanır.
Kərə yağı yumşaldılır, yumurta ağı, qatıq, şəkər pudrası və qabartma tozu əlavə edilib qarışdırılır. Az-az un əlavə edilib yumşaq xəmir yoğrulur. Xəmir 4 hissəyə bölünür və tək-tək 0,5 sm ölçüdə yuxa şəklində açılır. Yuxaların kənarları düzbucaqlı şəklində olmalıdır.
Yuxanın içərisinə içlik qoyulub rulet kimi bükülür. Sonra istənilən şəkildə kəsib, yağlı kağız salınmış listə düzülür və üstünə yumurta sarısı çəkilir.
Ruletlər 180* qızdırılmış sobada üstü qızarana qədər bişirilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qozlu kişmişli rulet" haqqında müzakirə