Pendirli şüyüdlü peraşki

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 270
  • 0 rəy

Pendirli şüyüdlü peraşki
Lazım olanlar:
– 125 qram kərə yağı
– 1 armudu stəkan duru yağ
– 2 ədə yumurta (birinin sarısı üzərinə sürtülmək üçün götürülür)
– 2 xörək qaşığı şəkər tozu
– 1 stəkan ilıq su
– yarım stəkan xama
– 1 çay qaşığı quru maya
– 1 paket qabartma tozu
– 1 çay qaşığı duz
– 1 dəstə şüyüd
– 6 stəkan un
– susam.
İçlik üçün:
– ağ pendir.
Hazırlanması:
Quru maya və şəkər tozu ilıq suda çalınıb kənara qoyulur. Dərin qabda duru yağ, xama və yumurtalar qarışdırılır və qabartma tozu əlavə edilir. Daha sonra yumşaldılmış kərə yağı, duz və kənarda qoyduğumuz quru maya qarışıma əlavə edilir və yenidən qarışdırılır. Un az-az əlavə edilərərək yumşaq xəmir yoğrulur. Xəmir hazır olduqdan sonra kənarda yuyulub xırda döğranmış şüyüd xəmirə əlavə edilib yenidən yoğrulur.
Xəmir bir müddət dincəlməyə qoyulur (ən az 20 dəqiqə). Pendir rəndələnir. Xəmirdən xırda kündələr hazırlanır, içərisinə pendir qoyulub bükülür (peraşki kimi). Peraşkilərin üzərinə yumurta sarısı çəkilir və susam səpilib sobada bişirilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Pendirli şüyüdlü peraşki" haqqında müzakirə