Lilbalığının (tinqa) faydaları
- Zülallar – 7 qr
- Yağlar – 1,8 qr
- Karbohidratlar – 1 qr
- Su – 1 qr
- Kalori – 40 kKal.
Az kalorili olmasına baxmayaraq lilbalığının tərkibi müxtəlif faydalı vitamin və minerallarla zəngindir. Lilbalığı ətində çoxlu miqdarda yüksək keyfiyyətli zülallar, yod, vitaminlər, faydalı maddələr, B, A, E, C, PP vitaminləri, süzülməmiş yağ turşuları natrium, xlor, fosfor, ftor, kaslium, marqanes və s. var.
Lilbalığı ilə qidalanmaq orqanizm üçün yüksək keyfiyyətli zülallara və yağlarla təmin olunmasına səbəb olur. O mədənin işini yaxşılaşdırır və qalxanvari vəzin fəaliyyətini normallaşdırır. Alimlər mütəmadi olaraq lilbalığı yeyənlərin orqanizminin sağlam olmasını sübut etmişlər. Bu balığın tərkibində olanlar ürəyin işini yaxşılaşdırır və aritmiyanın qarşısını alır.
Lilbalığının zərərli xüsusiyyətləri
Lilbalığının zərərli xüsusiyyətləri barədə heç bir yerdə qeydlərə rast gəlinmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Lilbalığının (tinqa) faydaları" haqqında müzakirə