Qırqovul əti
Qırqovulun dadlı, tünd və sulu əti onu yeyənlər tərəfindən çox bəyənilir. Onun ətini məşhur edən isə zərif əvəlik dadını xatırladan dadıdır. Onu bu daddan xilas etmək üçün isə bəzi aşbazlar qırqovul ətini sirkədə marinadlaşdırırlar. Bunun üçün isə qırqovul ətini 2-3 gün soyuq yerdə marinadlaşdırıb saxlamaq lazımdır. Satışda qırqovul ətinə rast gəlmək mümkün deyil. Onu ovçular ov zamanı əldə edir və satırlar. 100 qram qırqovul ətində 225 kKalori, müxtəlif zülallar və yağlar var.
Qırqovul ətinin tərkibi makro və mikro elementlərlə zəngindir. Onun tərkibində kalium, kalsium, dəmir, natrium, maqnium, xlor, xrom, fosfor, kolbat, ftor, molibden, qalay, kükürd , nikel, B qrup, PP, A, E, H vitaminləri var.
Müalicəvi və faydalı xüsusiyyətləri
Mütəmadi olaraq qırqovul əti yemək qanda şəkərin miqdarını nəzarət altında saxlayır, oksigenin hüceyrələrə daşınmasını sürətləndirir, zülalların sintezini qaydaya salır, onurğa və baş beyni qidalandırır, əsəb və həzm sistemini normallaşdırır, dərinin və orqanizmin vəziyyətini yaxşılaşdırır. Qırqovul əti, göbələklər və tərəvəzlərlə hazırlanan məşhur diç, onu yeyənlər tərəfindən çox sevilir. Qırqovuldan bişirilən ən dadlı yemək isə qırqovul qızartmasıdır. Qırqovul ətindən plovların bişirilməsi zaman da istifadə olunur. Onun ətindən ləzzətli kotletlər hazırlanır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qırqovul əti" haqqında müzakirə