Kilkə balığı

  • Müəllif: elnare
  • Tarix: 18 aprel 2018
  • Baxış sayı: 5 631
  • 0 rəy

Kilkə kiçik ölçüyə malik dəniz balığıdır. Onun uzunluğu 20 santimetrə qədər olur. Onlar 1-2 il müddətinə yetkinlik yaşına çatırlar və onların çəkiləri də boylarına uyğun olaraq çox az olur. Kilkə balığına əksər dənizlərdə rast gəlmək mümkündür. Onun Xəzər dənizində 3 növü yaşayır. Kilkə balığı yağlı balıqlardan hesab edilmir. Onun qızardılmışından, konservləşdirilmişindən daha çox istifadə edilir.
100 qram kilkə balığının qida dəyəri:
- Zülal – 20,5 qr
- Yağlar – 6,3 qr
- Su – 71,5 qr
- Kalori – 131 kKal.
Kiçik ölçülü olmasına baxmayaraq kilkə balığı ən yaxşı delikateslərdən hesab edilir. Kilkənin tərkibində olan bioloji aktiv maddələr orqanizm üçün çox faydalıdır. İtaliyada kilkə balığından dadlı pasta bişirilər. Bu balıq uşaqlar və yaşlılar üçün əla qida vasitəsi hesab edilir. Onun qidalandırıcılıq xüsusiyyəti və tərkibində olan zülallar ətdən geri qalmadığının göstəricisidir. Kilkə balığının tərkibində olan maddələr və süzülməmiş yağ turşuları orqanizmdə xolesterinin miqdarının aşağı düşməsinə, ürək xəstəlikləri riskinin baş verməməsinə səbəb olur. Kilkənin tərkibində D vitamini və omeqa3 var. Kilkə balıqları orqanizm üçün çox faydalı balıqlardandır. Onunla qidalanmaq arterial təzyiqin normallaşmasına, ürək ritminin yaxşılaşmasına səbəb olur.
Kilkənin tərkibində A, B, D vitaminləri, makro və mikro elementlər var. Mütəmadi olaraq kilkə balığı ilə qidalanmaq qanda xolesterinin miqdarını azaldır, ürək xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır, kişilərdə cinsi gücü artırır, tromb əmələ gəlməsinin qarşısını alır, lipid mübadiləsini sürətləndirir, ürək ritmini normallşadırır, bədxassəli hüceyrələrin əmələ gəlməsinin qarşısını alır.
Kilkə balığının zərərli xüsusiyyətləri
Bu balığın zərərləri barədə heç bir yerdə qeydlərə rast gəlinməyib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kilkə balığı" haqqında müzakirə