Qızıl balıq
Qızıl balığın tərkibində olan omeqa3 yağları orqanizmin bioloji qocalmasının qarşısını alır. Qızıl balıqda olan yağlar qocalmaya səbəb olan xromosomlara birbaşa təsir edir.
Laboratoriya araşdırmaları omeqa3 yağı verilən siçanların ömrünün uzandığını sübut etmişdir. Omeqa3 yağı içmək canlı orqanizmin ömrünün uzanmasına səbəb olur. Qızıl balığın tərkibində olan omeqa3 yağının çox olduğunu nəzərə alsaq bu balığın insan ömrü üçün nə qədər qiymətli olduğunu söyləmək çətin deyil.
Qızıl balığın zərərli xüsusiyyətləri
Fermada böyüdülən qızıl balığın ətində zərərli kimyəvi birləşmələr var. Bu kimyəvi birləşmələr orqanizmə daxil olaraq zəhərlənmələrə səbəb ola bilir. Hamilə və uşaqəmizdirən qadınlara fermalarda böyüdülən qızıl balığın ətini yemələri məsləhət görülmür. Bu uşağın zəhərlənməsinə səbəb ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qızıl balıq" haqqında müzakirə