Ağ köpək balığı(akula) haqqında
Necə seçməli?
Əti alarkən onun xarici görünüşünə diqqət yetirmək lazımdır. Ağ köpək balığının ətini alarkən onun ölçüsünə və bu ölçülərin köpək balığına uyğun gəlib gəlməməsinə diqqət yetirmək lazımdır. Onu onurğa sütununun sümüklərindən tanımaq mümkündür.
Necə saxlamalı?
Ağ köpək balığının əti tez xarab olan ətlərdəndir. O nə qədər qısa müddət ərzində bişirilərsə, bir o qədər dadlı olar. Xarab olmaması üçün köpək balığını marinadlaşdıraraq dondurub saxlamaq lazımdır.
100 qram köpək balığının qida dəyəri:
- Zülallar – 45,6 qr
- Yağlar – 8,1 qr
- Su – 6,1 qr
- Kalıori – 130 kKal.
Ağ köpək balığının tərkibi:
Ağ köpək balığının da digər okean balıqları kimi tərkibi makro və mikro elementlərlə zəngindir. Bu elementlər kompleks şəkildə insanın protoplazma hüceyrələrinə daxil olur və öz təsirini göstərir. Bu elementlər insan orqanizmindəki bütün funksiyaların normallaşmasına səbəb olur. Köpək balığının ətində olan A, B qrup vitaminlər və çoxlu miqdarda yod var.
Müalicəvi xüsusiyyətləri
Ağ köpək balığının qaraciyərini aptek adlandırmaq olar. Onun üzərində araşdırmalar aparan mütəxəssislər köpək balığının qaraciyərində alkiqliserol və skvalen olduğunu söyləyirlər. Bunlar təbii antibiotiklərdir. Bu antibiotiklərin təsiri isə ampissillinin təsirindən daha güclüdür. Alkiqliserol immun sistemi stimulyasiya edir, xərçəng hüceyrələrinə qarşı güclü mübarizə aparır, bakteriyaların və virusların məhv olmasına səbəb olur, qan dövranını yaxşılaşdırır. Bu maddə immun sistemində olan problemlərin həll olmasına səbəb olur, astma, allergiya, xərçəng və HİV xəstəliyinə qarşı mübarizə edir. Ağ köpək balığının əti atereskleroz xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Bu ət artrit, infarkt və insult xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ağ köpək balığı(akula) haqqında" haqqında müzakirə