Forel balığının faydaları
Forel ətinin faydalı xüsusiyyətləri
Forel əti yemək orqanizmdə xolesterinin miqdarının azalmasına, beyin fəaliyyətinin artmasına, sinirlərin və arteriyaların möhkəmlənməsinə səbəb olur. Ürəyin işemik xəstəlikləri, Alsheymer zamanı, B6 vitamini çatışmazlığında forel əti yemək çox faydalıdır. Forel ətində olanlar hamiləlik və uşaqəmizdirmə dövründə, menopauza zamanı çox faydalıdır.
Forel əti yemək xərçəng xəstəliyinin əmələ gəlmə riskini aradan qaldırır, maddələr mübadiləsini yaxşılaşdırır. Uzun müddət davamlı olaraq forel əti yemək sonsuzluğun aradan qalxmasına səbəb olur. Onun tərkibində olan selenin miqdarı spermatozoidlərin sürətinin və keyfiyyətinin artmasına səbəb olur. Selenin antioksidant xüsusiyyəti orqanizmi sərbəst radikallara qarşı qoruyur. Forel balığının tərkibi B1, B2, B6, B12, A, E, D, PP, D vitaminləri, maqnezium, fosfor, fol turşusu ilə çox zəngindir. Onun tərkibində olanlar qanın laxtalanmasının qarşısını alır, trombların əmələ gəlməsinin qarşısını alır, immuniteti artırır,qara ciyərin, sinir sisteminin, həzm sisteminin normallşmasına səbəb olur.
100 qram forel ətində 10mq A, 32mq D, 5mq B12, 2,7 mq E, 0,21 mq riboflavin, 5,2 mq nikotin turşusu, 2 mq pantoten turşusu, 0,7 mq pridoksin var. Forel əti aminturşuları, asparaqin, qlütamin turşusu, alanin, valin, leysin, fenilanilin, lizin, qistidin, arqininlə zəngindir. Forel ətində natrium, kalium, kalsium, maqnium, fosfor mineralları və omeqa3, omeqa6 yağ turşuları var.
Forel balığının zərərli xüsusiyyətləri
Tərkibində faydalı maddələrin çox olmasına baxmayaraq forel orqanizm üçün zərərli ola bilir. Forel balığının bəzi növlərini yemək hamilə və uşaqəmizdirən qadınlara məsləhət görülmür. Buna səbəb isə onların tərkibində civənin olmasıdır. Civənin çox olması ana bətnidəki uşağın ölümünmə səbəb ola bilir. Forel balığı yağlı balıq olduğuna görə qaraciyər və mədə-bağırsaq yarası xəstəliklərindən əziyyət çəkənlərə forel balığı yeyərkən diqqətli olmaq məsləhət görülür.Dieta saxlayanlara forel balığı yemək tövsiyə edilmir.
Artıq çəkidən zəiyyət çəkənlər forel balığı yeyərkən onun miqdarına nəzarət etməlidirlər. Ürəyin işemik xəstəliklərindən, hipertoniyadan və ateresoklerozdan əziyyət çəkənlərə forel kürüsü yemək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Forel balığının faydaları" haqqında müzakirə