Yunan qozu

  • Müəllif: elnare
  • Tarix: 26 aprel 2018
  • Baxış sayı: 3 507
  • 0 rəy

Yunan qozu qozun növlərindən biridir. Qoz hündürlüyü 25-30 metrə qədər, diametri isə 1-1,5 metrə qədər ola bilən qoz ağacının meyvəsidir. Qoz ağacı dərin və əhatəli kök sisteminə malik olur.
Qoz ağacının yarpaqları 20-40 sm uzunluğunda, oval şəklində və xüsusi qoxuya malik olur. Buna səbəb isə yarpaqlarının tərkibində olan efir yağlarıdır.Onun yarpaqları hər il tökülür və yenisi ilə əvəz olunur. Qoz ləpəli bitkilərdəndir. Onun ləpələri sərt qabığın içərisində və iki hissədən ibarət olur.
100 qram qozun qida dəyəri:
- Zülallar – 16,2 qr
- Yağlar – 60 qr
- Karbohidratlar – 11 qr
- Su – 4 qr
- Kalori – 654 kKal.
Qozun tərkibi bioloji aktiv maddələrlə zəngindir. Onun kökündə triterpenoidlər, steroidlər, alkaloidlər, C vitamini, qətran maddəsi, xinon, yarpaqlarında efir yağları, alkoloidlər, C, PP vitaminləri, karotin, fenolkarbon turşusu, kumarin, qətran maddəsi, flavonoidlər, antosianlar, xinon və yüksək ətirli karbohidratlar var. Qozun ləpəsi isə orqanik turşular, C vitamini, fenolkarbon turşusu, qətran maddəsi, kumarin və xinonla zəngindir. Tam yetişməmiş yaşıl qozun tərkibində C, B1, B2, B3, PP vitaminləri, karotin, qətran maddəsi, xinon , yağ turşuları və s. aşkar edilib.
Onun nazik qabığında da orqanizm üçün faydalı olan bir çox maddələrə rast gəlinib. Qoz insan orqanizmi üçün ən faydalı sayılan ləpəli meyvədir.O orqanizmə bakteriasid təsir bağışlayır, fiziki gücün artmasına səbəb olur. Qoz kişilərdə və qadınlarda cinsi həvəsin artmasına səbəb olur. O orqanizmdən pis xolesterolun xaric olmasını sürətləndirir, həzmi yaxşılaşdırır. 
Qoz qidalandırıcı və müalicəvi təsirə malikdir. Onun tərkibində olan kalorinin miqdarı əla növ çörəyin tərkibindəkindən 2 dəfə çoxdur.
Tərkibində kolbat və dəmirin yüksək miqdarda olması qozun atereskleroz və vitamin çatışmazlığlı zamanı faydalı olduğunu sübut edir. Qozda olan liflər və müxtəlif yağların qarışımı bağırsaqların fəaliyyətini sürətləndirir. Xroniki qəbizlikdən əziyyət çəkənlərə hər səhər acqarına bir-neçə qoz yemək tövsiyə edilir. Qoz yarpaqlarının dəmləməsi ilə kompres qoymaq yaraların tez bir zamanda sağalmasına səbəb olur. Yunan qozu orqanizmə bakteriasid, möhkəmləndirici, skleroz əleyhinə, qəbizlik əleyhinə, zəif şəkərsalıcı, qanaxmakəsici, iltihab əleyhinə təsir bağışlayır.
Qoz yağı ən qiymətli və keyfiyyətli yağlardandır. Onun tərkibindəki qidalandırıcı maddələr orqanizm üçün çox faydalıdır. Qoz yağının tərkibi süzülməmiş yağ turşuları, vitamin və minerallarla zəngindir. Qoz yağında olan bioloji aktiv maddələr və E vitamini orqanizmin inkişafını sürətləndirir, mədə şirəsinin normallaşmasına, xroniki hepatit əlamətlərinin aradan qalxmasına səbəb olur, qurd əleyhinə təsir göstərir. Qoz yağı orqanizmdəki kanserogen maddələrin məhv olmasına, radiasiya şüalanmasının zərərlərindən xilas olmasına səbəb olur. Onun tərkibində olan və iltihab əleyhinə təsir göstərən maddələr soyuqlama, pnevmoniya, dəri və selikli qişaların iltihabi xəstəliklərində çox faydalıdır. Qoz yağı dəridəki yaraların, sızanaqların, kəsik yerlərinin sağalmasını sürətləndirir. Mədə-bağırsaq yaraları, dəri zədələnmələri, xroniki kolitlər, qəbizlik, qaraciyər xəstəlikləri, əməliyyatlardan sonra qoz yağı içməyin misilsiz faydası var. Hamilə qadınlara və uşaq əmizdirən analara qoz yağlı içmək çox faydalıdır. Yunan qozu və onun yağı qan dövranını yaxşılaşdırır və spermatogenezə müsbət təsir edir.
* Qoz yağı orqanizmin arıqlamasına və cavanlaşmasına səbəb olur.
* Onun tərkibində olan süzülməmiş yağ turşularını heç bir yağ turşuları əvəz edə bilməz.
* Qoz yağı orqanizmin immunitetini yüksəldir, qanda xolesterinin miqdarını azaldır, qidalarda olan xolesterinin sorulmasını təmin edir və həzmi sürətləndirir.
* Qoz yağının tərkibində olan və yağda həll olan vitaminlər(A, E, karotonoidlər) radionukleidlərin hərəkərtini neytrallaşdırır və dayandırır.
* Qoz yağı qanın tərkibinin müsbətə doğru dəyişilməsini təmin edir.
* Qoz yağının tərkibində olan Zn və Cu orqanizmin qocalmasını ləngidir.
* Qoz yağı içmək ürək-damar xəstəliklərinin profilaktikası zamanı çox faydalıdır.
* Qoz yağı orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparır.
* Qoz yağının yarasağaldıcı təsiri var.
Qoz yağının zərərli xüsusiyyətləri
Allergiyası olan xəstələr qoz yağından istifadə edərkən diqqətli olmalıdırlar. Ağır formalı allergiya xəstələinin qoz yağından istifadə etmələri qadağandır. Psorias, ekzema və neyrodermit xəstəliklərindən əziyyət çəkənlərə qoz və ya qoz yağından istifadə eləmək tövsiyə edilmir. Qan laxtalanması yüksək olan adamlara və kəskin bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qoz yağından istifadə eləmək məsləhət görülmür. Həkimlər gün ərzində 100 qramdan artıq qoz yeməyə icazə vermirlər. Bu boğazda şişkinliyə, badamcıqların iltihabına, güclü baş ağrılarına, beyin damarlarında spazmlara səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yunan qozu" haqqında müzakirə