Tərxun
- Müəllif: elnare
- Tarix: 17 aprel 2018
- Baxış sayı: 2 219
- 0 rəy
Tərxun(Lat.Artemisa dracunculus) yovşan cinsinə mənsub olan bitkilərdən biridir. Tərxun çoxillik ot bitkilərindən olub, yerüstü hissəsi kol şəklində olur. O 1,5 metr hündürlüyə qədər qalxa bilir. Tərxun uzun və nazik yarpaqlara malik olan ədviyyat bitkisidir. Onun həm təzəsinin, həm də qurudulmuşunun tərkibi efir yağları ilə zəngindir. Bu səbəbdən də onun hər iki növündən geniş istifadə olunur. Tərxun soyuğadavamlı birkidir. O 10* C tempraturda da inkişaf edə və 8-10 ilərzində artıb çoxala bilir. Tərxundan məhsuldarlıq almaq məqsədilə istifadə edildikdə isə onu 4-5 ildən artıq eyni yerdə saxlamaq məsləhət görülmür. Çünki, bu zaman onun məhsuldarlığı aşağı düşür. Tərxunun tərkibi zülallar, karbohidratlar, yağlar, mikro və makro elementlərlə, PP, C, B1, B2, B6 vitaminləri ilə zəngindir. Tərxunun tərkibində uçucu yağlar(fenxen,borneol, sineol, kamfen, yuyon və s.), təbii turşular, qətran maddəsi var.
Tərxunun faydalı xüsusiyyətləri və istifadəsi
Tərxun yarpaqlarından sinirləri sakitləşdirmək üçün buxar və su vannalarında istifadə edilir. Ondan hazırlanmış tinkturalar orqanizmə sakitləşdirici, rahatlandırıcı təsir bağışlayır.
Tərxun dəmləməsi bronxial xəstəliklər zamanı çox faydalıdır.
Tibbdə tərxundan müxtəlif dərman vasitələrinin hazırlanmasında geniş istifadə edilir. Tərxun orqanizmə sidikqovucu, ödqovucu təsir edir, mədə şirəsinin çoxalmasına səbəb olur. Tərxundan iynə müalicəsi kimi qədim zamanlardan istifadə edilib. İndi də Çin təbabətində bu vasitə geniş tətbiq edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Tərxun" haqqında müzakirə