Portağal
Portağal ağacının vətəni Cənub Şərqi Asiyadır. Avropada portağalı portuqaliyalılar Hindistandan satış məqsədilə gətirdikləri zaman yetişdirib artırmışlar. İlk dəfə Avropaya portağal 1548-ci ildə gətirilmişdir. Onu ərəblər qeyd edilən tarixdən qat-qat əvvəllər yetişdirmişlər. Belə ki, qədim əlyazmalarda sultanların, əmirlərin bağçalarında portağal ağacının olması barədə yazılara rast gəlinir.
Portağalın ən şirin növü Sukkari və Mosambi növləridir. Bu növlər ən çox Pakistanda və Hindistanda plantasiyalarda yetişdirilir. Buna səbəb isə portağalın şirin növünüə daha çox ehtiyacın olmasıdır. Portağalı turş növündən çoxları xoşlanmır.
Portağal gözəl qoxuya malik olan bir meyvədir. Portağalın 100 qramında 35 kalori var. 100 qram portağalın qida dəyərliliyi:
- Zülallar – 0,9 qram
- Yağlar – 0,2 qram
- Karbohidratlar – 8,2 qram
- Su – 87 qram
- Kalori dəyəri – 36 kKal.
Portağalın tərkibində A, B1, B2, C, PP vitaminləri, maqnium, fosfor, dəmir, natrium, kalium, kalsium kimi mikroelementlər var. Portağal şirəsi qanı təmizləyir, orqanizmin tonusunu artırır, iştahanı artırır, orqanizmin fiziki gücünü və enerjisini yüksəldir. Portağal şirəsi qanazlığı və zəiflik zamanı çox faydalıdır. Tərkibində olan B qrup vitaminləri orqanizmdəki halsızlığı aradan qaldırır və iştahanı artırır.
Dietoloq-alimlər portağal şirəsinin orqanizmi cavanlaşdırdığını sübut etmişlər. Tərkibində kalium və müxtəlif vitaminlərin olması arterial təzyiqi aşağı salır və sinqa xəstəliyini sağaldır. Portağal şirəsi anemiya və ağqanlılıq zamanı çox faydalıdır. Portağal şirəsindən qara ciyər xəstəlikləri, atereskleroz, piylənmə və podaqra xəstəlikləri zamanı da istifadə edilir. Bu meyvənin həm özü, həm şirəsi, həm də onlardan alınan məhsulları çox faydalıdır. Portağal şirəsinin tərkibində olan limon turşusu, kleykovin,natri sitrat və orqanik turşular orqanizm üçün çox faydalıdır. Qədim zamanlarda portağal şirəsindən yaraların sağalmasıda istifadə edilib. Tam yetişməmiş portağalın şirəsini sıxıb yerdə qalan hissəsini yeməklə isə aybaşı qanaxmalarının qarşısını kəsmək üçün istifadə edilib. Portağal şirəsi iltihab və virus əleyhinə təsir göstərir, tromb əritmək qabiliyyətinə malikdir. Son illərin araşdırmaları təzə çəkilmiş portağal şirəsinin qanda olan xolesterini təmizləmək qabiliyyətinə malik olmasını aşkar edib. Müasir tibbdə Çin alimləri portağalın quru qabığından öskürməni və soyuqdəyməni müalicə edən dərmanlar hazırlayırlar. Portağal qabığından süd vəzi xərçənginin sağalması üçün də dərman vasitələri hazırlanır.
Portağalın tərkibində olan salisil turşusu və C vitamini yüksək tempraturun aşağı düşməsinə yardım edir. Bu məqsədə nail olmaq üçün isə 2-3 portağal dilimini qaynar suya salıb 30 dəqiqə gözləmək və içmək lazımdır. Portağal şirəsi maddələr mübadiləsini yaxşılaşdırır,orqanizmin vitamin və minerallara olan tələbatını ödəyir, fiziki gücü artırır.
Bir portağalın qabığında 2% efir yağı var. Ondan parfümetiyada və qida sənayesində geniş istifadə olunur.
Portağal orqanizmdə aşağıdakılara səbəb ola bilir:
- orqanizmin tonusunu yüksəldir, həyat enerjisi və güc verir
- cavanlaşdırır
- orqanizmin vitamin və minerallara olan tələbatını ödəyir
- orqanizmə qidalandırıcı təsir göstərir
- qanı təmizləyir
- qanazlığının və ağqanlılığın aradan qalxmasına yardım edir
- qaraciyər, podaqra, piylənmə, atererskleroz və halsızlıq zamanı çox faydalıdır
- qəbizliyi aradan qaldırır
- quru qabıqlarından hazırlanan dəmləmə öskürməni sağaldır
- yüksək temperaturu aşağı salır.
Hər bir meyvənin orqanizmə mənfi təsiri ola bilir. Portağalı həddindən çox yedikdə o allergik reaksiyalara səbəb ola bilir. Mədə-bağırsaq xəstəlikləri zamanı, həzm problemlərində portağal şirəsi içmək tövsiyə edilmir. Xüsusən də mədə və onikibarmaq bağırsaq xəstələrinə portağaldan istifadə etmək məsləhət deyil.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Portağal" haqqında müzakirə