MEŞƏ ÇİYƏLƏYİ VƏ ONUN FAYDALARI

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 4 822
  • 0 rəy

MEŞƏ ÇİYƏLƏYİ VƏ ONUN FAYDALARI
Meşə çiyələyi tərkibində olan dəmirin, E vitamininin, fol turşusunun və kalsiumun miqdarının çoxluğuna görə giləmeyvələrin içində birinci yerdə durur. Onun yarpaqlarında və kökündə çoxlu efir yağları və alkoloidlər var. Buna görə də sidikqovucu təsirə malikdir. Meşə çiyələyinin yarpaqlarının və kökünün dəmləməsi mədə və bağırsaqda olan yaraları sağaltmaq, öd kisəsindəki şişkinliyi aradan qaldırmaq qabiliyyətinə malkdir. Ağız boşluğunda olan xəstəliklərin, diş əti qanaxmalarının da qarşısını bu giləmeyvənin yarpaqlarının dəmləməsi ilə almaq olar.
Meşə çiyələyinin kökü insan orqanizmi üçün çox faydalıdır. Onun kökündə çoxlu mikroelementlər, şəkər, pektin, turşular, vitaminlər və efir yağları var.
Giləmeyvədən 15 gün müddətində gündə 300 qram yeyilərsə aşağıdakı xəstəliklərin sağalmasına səbəb olar:
– atereskleroz
– nevrasteniya
– mədə yarası
– yuxusuzluq.
Yarpaqlarının dəmləməsi soyuqdəymə zamanı xəstəliyin əlamətlərini aradan qaldırır.
Hər gün meşə çiyələyinin yarpaqları dəmlənib içilərsə arterial təzyiq aşağı düşür.
Meyvəsi ilə yarpaqlarının birgə dəmləməsi qan damarlarını genişləndirir və qanın yaxşı işləməsini təmin edir.
Gündə 200 qram meşə çiyələyi yemək insana güc, qüvvət gətirir.
Giləmeyvəsinin çayı maddələr mübadiləsini yaxşılaşdırır.
40 qram meşə giləmeyvəsi, 30 qram gigirtkən yarpağı, 30 qram qatırquyruğu, 40 qram bağayarpağı və 30 şam ağacının qabığı qarışdırılır. Bu qarışımdan 2 xörək qaşığı 200 ml suda qaynadılıb və 1 saat termosda saxlandıqdan sonra içilərsə böyrəkdə olan duz, qum və xırda daşlar tökülür. Dəmləməni gündə 3 dəfə, hər dəfə 1 stəkan içmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"MEŞƏ ÇİYƏLƏYİ VƏ ONUN FAYDALARI" haqqında müzakirə