Qara qarağat
Qara qarağat
Qara qarağat haqqında ümumi məlumat
Qara qarağat hündürlüyü 1,5-2 metrə qədər qalxa bilən qarağat kolunun meyvəsidir. Qarağat kolunun sarı-boz zoğları yayın sonlarına yaxın onların rəngi dəyişərək qəhvəyi olur.Qara qarağat yarpaqları beş ədəd üçbucağın birləşməsindən əmələ gələn formaya bənzəyir və kol budaqlarının üstündə sıra ilə düzülərək böyüyür. Onun saplaqları 12 sm uzunluğunda və xüsusi qoxuya malik olur. Saplaqlardan 7-9 mm ölçüdə açıq-bənövşəyi və ya çəhrayının boz çalarında olan çiçəklər açır. Qara qarağatın tünd bənövşəyi və ya qara rəngli giləmeyvələri olur. Qara qarağat may-iyun aylarında çiçək açır və iyun-avqust aylarında meyvələri yetişir.Qara qarağata Rusiyanın, Azərbaycanın, Ukraynanın, Orta Asiya ölkələrinin əksər ərazilərində rast gəlmək mümkündür. O meşələrdə, düzənlik ərazilərdə, nəmişlik yerlərdə, bataqlıq kənarlarında, yol kənarlarında yabanı halda bitir.
Qara qarağatın yarpaqlarından, meyvələrindən, bəzi hallarda isə toxumlarından istifadə olunur.
Qara qarağatnın Tərkibi
Qara qarağat azkalorili giləmeyvələrdəndir. 100 qram giləmeyvədə 63 kKal var.100 qram qara qarağatın qida dəyəri:
- Zülallar - 1 qr
- Yağlar - 0,4 qr
- Karbohidratlar - 7,3 qr
- Su - 83 qr
- Kalori - 63.
Qara qarağatın Xeyri
Qara qarağat vitamin küpüdür. Onun tərkibi C, B1, B6, B9, D, E, K, P, A vitaminləri, pektin, karotinoidlər, şəkər, təbii və fosfor turşuları,tanin maddələr, efir yağları, fosfor, dəmir və kalium duzları ilə zəngindir.Qara qarağatın tərkibində C, E vitamini, fitonsidlər, maqnium, marqanes, gümüş, qurğuşun, kükürd və efir yağları var.
Təzə dərilmiş qarağat giləmeyvəsi əvəzolumaz vitaminlərlə doludur. Bu səbəbdən də avitaminozdan, mədə turşuluğunun az olmasından, mədə yarasından, bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qara qarağat yemək çox faydalıdır.
Qara qarağat hemoqlobinin miqdarını artırmaq qabiliyyətinə malikdir. Bu məqsədlə 1:1:1 şəkər tozu, qara qarağat və qarabaşaq ununu qarışdıraraq bişirib az-az yemək lazımdır.
Qara qarağatdan orqanizmin tonusunu yüksəltmək, mübadilə prosesini yaxşılaşdırmaq, qanı təmizləmək, qan əmələ gətirmək, iltihab əleyhinə, iştahaçıcı məqsədlə qəbul edilir.
Bu giləmeyvə böyrəküstü vəzin, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, şəkəri diabet xəstəliyinin əlamətlərini azaldır, limfa düyünlərində olan xəstəlikləri sağaldır, atereskleroz əlamətlərini aradan qaldırır.
Qan təzyiqi, arterial təzyiq, radiasiya zəhərlənmələri zamanı qara qarağatdan istifadə eləmək çox faydalıdır.
Qara qarağat yarpaqlarından dəmlənən çay çox ətirli və dadlı olur. Bu çayın tərkibi isə bioloji aktiv maddələr, tanin maddələri, efir yağları, vitaminlər və fitonsidlərlə zəngin olur.
Yarpaqlarının tərkibində olan C vitaminin miqdarı giləmeyvələrinin tərkibində olan C vitamininin miqdarından çoxdur. Bu səbəbdən də yarpaqlarının dəmləməsi iltihab əleyhinə, revmatizm əleyhinə, sidikqovucu və oirqanizmi təmizləyici təsirə malikdir. Qastrit, podaqra və ürək-damar xəstələrinin hər gün qara qarağat yarpaqlarından dəmlənmiş çay içmələri onlardakı xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur. Bu dəmləmə soyuqdəymə, bronxit, öskürmə zamanı da sağalmanı sürətləndirir.
Qara qarağat dəmləməsi baş ağrıları, yuxu pozğunluqları və nevroloji xəstəliklər zamanı sakitləşdirici təsir göstərir.
Qara qarağatın Ziyanı
Tromboflebit, mədə turşuıuğunun çoxluğu, mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkənlərə qara qarağatdan istifadə eləmək məsləhət görülmür. Qara qarağatın qara ciyər fəaliyyətini artırmağına baxmayaraq, hepatit xəstələrinə ondan istifadə eləmək məsləhət görülmür. Həddindən çox qara qarağat və ya onun yarpaqlarından hazırlanan dəmləmələrdən istifadə eləmək qanın laxtalanmasına səbəb ola bilir.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qara qarağat" haqqında müzakirə