Muskat qozu(Hind qozu) faydaları və zərərləri
100 qram muskat qozunun qida dəyəri:
- Zülallar – 21 qr
- Yağlar – 49 qr
- Karbohidratlar – 7,5 qr
- Su – 9,5 qr
- Kalori – 557 kKal.
Muskat qozunun tərkibində A, PP, E, B qrup vitaminlər, fosfor, dəmir, maqnium, kalsium, xlor, kükürd, natrium, sink, yod, efir yağları, nişasta, pektin və s. var.
Muskat qozunu az miqdarda qəbul etdikdə belə o orqanizmə öz təsirini göstərir. Az miqdarda muskat qozu ürək-damar sisteminə və sinir sisteminə stimulyasiyaedici, tonuslandırıcı təsir göstərir.
Şərq təbabətində muskat qozundan kişilərə eyakulyasiyanın gec alınması, impotensiyanın aradan qalxması, cinsi həvəsin artması üçün istifadə edilir. Muskat qozu cinsi oyanmanı sürətləndirir.
Az miqdarda muskat qozu yemək yuxunun normallaşmasına, sinir sisteminin sakitləşməsinə səbəb olur. Onu çaya əlavə edib içmək immuniteti artırır. Soyuqlamanın ilk günlərində muskat qozu əlavə edilmiş çay içmək xəstəliyin tez bir zamanda sağalmasına səbəb olur. Muskat qozunu un şəklinə salıb günəbaxan yağı ilə qarışdıraraq maz hazırlanır. Bu mazdan miozitlər, artritlər, revmatizm və osteoxondroz zamanı oynaqlara sürtmək xəstəliklərin əlamətini azaldır. Mazı ağrıyan nahiyəyə sürtmək, üstünü örtdükdən sonra isti dəsmlla bağlamaq və dəri tərəfindən sorulmasını gözləmək lazımdır. Bu prosedur ağrıların azalmasına səbəb olur.
Muskat qozu qəbizlik, diareya və digər bağırsaq xəstəliklərinin sağalmasını sürətləndirir. Bu məqsədlə muskat qozunu toz şəklinə salıb qatıqla qarışdırmaq, zəncəfil və suxari əlavə edib yemək lazımdır.
Qida sənayesində muskat qozundan şirniyyatların, desertlərin, şokoladların, sousların, qarnirlərin, tərəvəz və ətdən hazırlanmlş yeməklərin bişirilməsində istifadə edilir. Muskat qozunu ketçuplara, şərablara, çaylara əlavə edirlər. Ondan qidaların dadlandırılması məqsədilə istifadə edilir. Muskat qozundan alınan efir yağlarından aromaterapiyada istifadə edilir. Avropa ölkələrində muskat qozundan əldə edilən esensiyanı sousları, pendirləri və qorçitsaları dadlandırmaq üçün istifadə edilir.
Muskat qozunun zərərli xüsusiyyətləri.
Muskat qozunun tərkibində olan elimitsin, metilenedlok – siamfetamin və bu kimi maddələr orqanizmə narkotik təsiri bağışlaya bilir. Bu insanlarda halyusinasiya görmələrə səbəb ola bilir. 3-4 təzə muskat qozu yemək spazmlarla müşahidə edilən zəhərlənmələrə səbəb olur. Hamilə qadınlara, epilepsiya tutmaları zamanı xəstələrə muskat yağı istifadə etmək olmaz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Muskat qozu(Hind qozu) faydaları və zərərləri" haqqında müzakirə