Braziliya qozu (Lat.Bertholletia)
İlk dəfə braziliya qozunu XVI əsrdə ispan və portuqal araşdırmaçıları tapmışdır. Braziliya qozu Braziliyada, Boliviyada, Venesuelada, Kolumbiyada, Peruda, Şri-Lankada, Trinidad və Tobaqoda( Daniel Defonun əfsanəvi Robinzon Kruzosunun yaşadığı ada) yabanı halda bitir. Braziliya qozunun xüsusi olaraq yetişdirilməsi ilə məşğul olan ölkə və ya plantasiyalar yoxdur. Ağacın ilk barı əkildikdən 12 il sonra yetişir. Bir il ərzində 1 ağacdan 200 kq-a yaxın məhsul toplamaq olur. Braziliya qozunun meyvələri sərt qabığın içərisində toplanır.
Necə saxlamalı?
Satışda sərt qabığın içərisindən çıxarılan meyvələr satılır. Bu meyvələri suru yerdə və qablaşdırma şəklində saxlamaq lazımdır. Qablaşmadan kənarda saxlanan meyvələr bir müddət sonra pis qoxuya maliuk olur və korlanır. Braziliya qozunu çiy və ya qovrulmuş şəkildə yemək mümkündür. Ondan kulinariyada geniş istifadə edilir. Tərkibinin enerji dəyəri yüksək olduğu üçün braziliya qozundan az miqdarda istifadə eləmək lazımdır.
100 qram braziliya qozunun qida dəyəri:
- Zülallar – 14,3 qr
- Yağlar – 66,4 qr
- Karbohidratlar – 4,8 qr
- Su – 3,5 qr
- Kalori – 665 kKal.
Braziliya qozunun tərkibində orqanizm üçün lazım olan hər cür vitamin və minerallar var. Onun tərkibi C, E, D, B qrup vitaminləri, maqnium, kalsium, fosfor, sink, marqanes, kalium, dəmir, selen, müxtəlif amin turşuları və yağ turşuları(omeqa3, omeqa6) ilə zəngindir. Digər qozlarda olduğu kimi braziliya qozunun da tərkibi liflərlə, zülallarla zəngindir və onda pis xolesterin yoxdur. Dietoloqlar az miqdarda braziliya qozu yeməyin arıqlamağa səbəb olduğunu təsdiq edir. Braziliya qozunun tərkibində olanlar əzələ toxumasının piy toxuması ilə örtülməsinin qarşısını alır, sərbəst radikallara qarşı mübarizə aparır, orqanizmə həyat enerjisi bəxş edir. Braziliya qozu orqanizmin cavan qalmasına səbəb olur. Bir ədəd braziliya qozu yemək orqanizmin sutkalıq selen və faydalı minerallara olan ehtiyacını ödəyir. Gün ərzində bir-neçə braziliya qozu yemək isə onkoloji xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Döş, ağciyər, prostat və bağırsaq xərçənginə yaxalanmamaq üçün profilaktika məqsədilə hər gün az miqdar bu qozdan yemək lazımdır. Braziliya qozu sinir sistemini möhkəmləndirir, depressiya əlamətlərinin qarşısını alır, yorğunluğu aradan qaldırır, orqanizmin stresslərə olan gücünü artırır. Braziliya qozu qadın və kişini nəsil artırmaq qabiliyyətini yüksəldir, sonsuzluğun qarşısını alır.
Braziliya qozundan alınan yağ dərinin cavanlaşmasına, iltihabi proseslərin və çapıq izlərinin sağalmasına səbəb olur. O dərinin elastikliyini, möhkəmliyini artırır, dəridəki regenerasiya prosesini sürətləndirir, cavanlaşdırır. Qida sənayesində braziliya qozundan müxtəlif desertlərin, şirniyyatların, qəlyanaltıların, şorbaların və sousların hazırlanması zamanı isitfadə edilir.
Braziliya qozunun zərərli xüsusiyyətləri
Qozun tərkibində olan barim və radium minerallarının olması ondan çox istifadə edildiyi zaman orqanizmdə aflatoksinlərin artmasına səbəb olur. Bu isə xərçəng hüceyrələrinin inkişaf etməsinə səbəb ola bilir. Braziliya qozu allergik reaksiyalara səbəb ola bilir. Buna görə də onu uşaqlara verərkən diqqətli olmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Braziliya qozu (Lat.Bertholletia)" haqqında müzakirə