Oynaqlarında xırçıltılar və bel ağrıları olanlar mütləq oxusun!

  • Müəllif: elnare
  • Tarix: 25 iyun 2017
  • Baxış sayı: 15 224
  • 0 rəy

Düyü oprqanizmdən bütün zərərli maddələri xaric edir və oynaqlardakı ağrıları aradan qaldırır.  

Bu qədim Tibet reseptlərindən biridir. Reseptdən orqanizmi illərlə yığılıb qalmış şlaklardantoksinlərdən təmizləmək üçün istifadə edilib. Resept aşağıdakı qaydada hazırlanır və qəbul edilir:

İstifadəyə lazım olan qədər düyü götürülür, təmizlənir, yuyulur, şüşə bankaya tökülür. Bankaya qaynar su tökülür. Suyun miqdarı düyüdən 3-5 santimetr hündür olmalıdır. Bankanın ağzı bağlanır və soyuducuda saxlanılır. Düyünün üzərinə duz və s. əlavə etmək olmaz. Səhər düyünün üstündəki su süzülür, bankadakı düyüdən 1 xörək qaşığı götürülür, suya əlavə edilir və 3-4 dəqiqə bişirilir. Bişirilən zamanda da düyüyə duz əlavə edilmir. Bu zaman bankadakı düyünün üzərinə yenidən qaynar su əlavə edilib soyuducuya qoyulur. Bişirilən düyü hər səhər 07:30-da acqarına yeyilir. Bu prosedur düyü qurtarana qədər davam etdirilir.
Bu prosedurun sirri düyünün kristal struktura malik olmasındadır. Biz düyünü islatdıqda onun tərkibindəki nişasta xaric olur və düyü dənələrində yeni hüceyrələr formalaşır. Bu qayda ilə bişirilən düyü isə mədədə yox, bağırsaqlarda həll olur. Düyü, adsorbent kimi təsir göstərir.
Müalicədən sonra insan özünü sağlam və gümrah hiss edir. Müalicənin effektli olması üçün səhərlər düyüdən əvvəl və sonra 3 saat ərzində heç nə yemək lazım deyil. Müalicə onurğa boyu, əsasən də bel hissədə olan ağrıların aradan qalxmasına səbəb olur. Müalicə qurtardıqdan sonra isə oynaqların qığırdaq toxumasında olan xırçıltılar aradan qalxır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Oynaqlarında xırçıltılar və bel ağrıları olanlar mütləq oxusun!" haqqında müzakirə