Toyuqlu saray plovu
Lazım olanlar:
* 1 stəkan düyü
* 2 dilim toyuğun döş əti
* 2 xörək qaşığı qara kişmiş
* 2 xörək qaşığı qovrulmamış badam
* 1 xörək qaşığı bal
* 2 xörək qaşığı kərə yağı
* 2 stəkan isti su
* 1 çay qaşığı şəkər tozu
* duz, istiot.
Hzırlanması:
1 stəkan düyü ilıq, duzlu suda 15 dəqiqə saxlanılır. Qabıqları asan soyulsun deyə badam 10 dəqiqə qaynaq suda saxlanılıb soyulur. Tavaya duru yağ tökülür və badamlar bir müddət qovrulur, 2 dilim döş əti kubik şəklində doğranır və badamlarla birlikdə qovrulur, duz və istiot vurulur. Sonra 2 xörək qaşığı qara kişmiş və bal toyuğa əlavə edilib qarışdırılır. Tavadakılar bişdikdən sonra kənara qoyulur. Zövqə görə tavaya qaysı da əlavə etmək olar.
Başqa bir qazana 2 xörək qaşığı ərinmiş kərə yağı qoyulub qızdırılır, üzərinə suyu süzülən düyü, duz və şəkər tozu əlavə edilib 3-4 dəqiqə qovrulur. Sonra düyünün üstünə 2 stəkan qaynar su əlavə edib qarışdırılır. Qazanın qapağı örtülür və az xodda düyünün suyu çəkilənə qədər gözlənilir. Düyü suyunu çəkib bişdikdə qazan odun üstündən götürülür və dəsmala bükülür.
Toyuqlu saray plovu süfrəyə verilərkən üstünə əvvəlcədən hazırlanmış badamla qovrulmuş toyuq əti qoyulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Toyuqlu saray plovu" haqqında müzakirə