5-ci əsrin mükəmməl ressepti Unesco tövsiyyə edir Mütləq oxuyun
Bu reseptləri 1971-ci ildə UNESCO tərəfindən Tiblisi monastrlarlarında tapılıb. Tapıntılar bizim eradan əvvəl 5-ci əsrə aiddir. Tapıntıdakı yazılar dünyanın bütün dillərinə tərcümə olunub. Orada aşağıdakı reseptlərə rast gəlinir:
100qr çobanyastığı
100qr dazıotu
100qr solmazçiçək
100qr ağcaqayın
Bunların hamısını qəhvəüyüdəndə üyüdüb qaba tökülür. Axşam 1 xörək qaşığı, bu qarışığın üzərinə 0,5l qaynar su tökülüb 20 dəqiqə ərzində dəmlənməyə qoyulur, sonra parçadan süzülür (tənzifdən süzmək olmaz). 1 stəkan dəmlənmiş qaynar tərkibə 1 çay qaşığı bal tökülür. Alınan məhlulu axşam yeməyindən sonra içmək lazımdır. Bu tərkbi içdikdən sonra başqa qida qəbul etmək olmaz.
Səhər axşamdan qalmış məhlulun içinə 1 çay qaşığı bal tökülüb içilir. Bu prosesi üyüdülmüş bitki yarpaqları qurtarana qədər təkrar etmək lazımdır. Müalicə kursunu 5 il davam etmək lazımdır. Bu müalicə maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmi toksinlərdən azad edir, yığılıb qalmış yağlardan təmizləyir, qan dövranının yaxşılaşdırır, əzələləri elastikləşdirir, sklerozu aradan götürür, insult, stenokardiya, infarkt riskini azaldır, görməni yaxşılaşdırır, orqanizmi cavanlaşdırır.
Damarların təmizlənməsi.
Orqanizmdəki vena və arteriyaları duzlardan, şlaklardan, yığılıb qalmış lazımsız maddələrdən təmizləmək üçün sizə bir neçə resept təqdim edirik. Bu reseptdə yazılana əməl etsəniz damarların elastikliyi bərpa olunacaq, venalardakı varikozlar aradan götürüləcək, qulağınızdakı olan küy itəcək, görməniz yaxşılaşacaqdır. Aşağıdakı reseptlər mədə-bağırsaq sisteminin, ağciyərlərin, bronxların fəaliyyətini yaxşılaşdırır.
Resept N1
12 qram çobanyastığı, ağcaqayın, solmazçiçək və dazıotu qarışdırılır, 1 qaşıq qarışığın üzərinə 0.5l qaynar su əlavə edilir, 3,5 saat saxlanılır. Sonra filritdən süzülüb 1 qaşıq bal əlavə olunur. Səhər, axşam 1 xörək qaşığı yeməkdən əvvəl içilir. Müalicəni ildə 1 dəfə olmaq şərtilə 5 il müddətində etmək məsləhət görülür.
Resept N2
Şüşə qabın içinə 2 çay qaşığı şüyüd qurusu, pişikotu kökü və 2 stəkan təzə bal əlavə edib qarışdırılır, qarışıq 2l –lik termosda tökülür, üzərinə qaynar su əlavə edilib saxlanılır. 1 xörək qaşığı olmaqla gündə 3 dəfə hər qida qəbulu zamanı içilir.
Resept N3
Kivi şirəsi damarları çox yaxşı təmizləyir. Tromboflebitlər və venaların varikoz genəlməsi zamanı kivi şirəsi içmək və ya hər gün agrimoniyanın kökünü yemək lazımdır.
Resept N4
200qr muskat qozunu əzib yaxud sürtgəcdən keçirib üzərinə spirt tokulur. 2həftə saxlanılır. Gündə 3 dəfə 1st suya 20 damcı əlavə edilib içilir.
Resept N5
Təzə itburnunun kökünü 5 hissə, gicirtkən yarpaqlarını 2 hissə, 2 hissə qara giləmeyvə və 1 hissə çiyələk yarpaqları götürülür. Bunları termosa töküb üzərinə qaynar su əlavə edilir. 4 saat sonra dəmləmə içilir. Içən zaman onun üzərinə 1 çay qaşığı bal əlavə olunmağı məqsədə uyğundur. Dəmləməni gündə 2 dəfə 1 st qəbul etmək lazımdır.
Resept N6
Təzə zəncirotu yarpaqlarını 0,5 saat duzlu suda isladırıq. Üzərinə üyüdülmüş qoz və günəbaxan yağı əlavə edirik. Qarışdırıb yeyirik. Istədiyiniz qədər yeyə bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"5-ci əsrin mükəmməl ressepti Unesco tövsiyyə edir Mütləq oxuyun" haqqında müzakirə