Düyü
- Müəllif: elnare
- Tarix: 19 aprel 2018
- Baxış sayı: 2 776
- 0 rəy
Düyü dənli bitkilərdən olub birillik və çoxillik bitki kimi tanınır. Düyüdən nişasta, düyü dəni və yağ əldə edilir. Çində düyüdən ənənəvi düyü şərabı əldə edirlər. Onun texniki təmizlənməsi zamanı yerdə qalan qabıq və kəpəyindən kağız və karton əşyaların hazırlanmasında, heyvanların qidalanması üçün istifadə edilir. Düyünün vətəni Hindistan və İndoneziyadır. Onun bir çox növləri var. Düyünün tərkibində B qrup vitaminləri(B1, B2, B3, B5, B6), PP, karotin, E vitamini, yod, selen, kalsium və s. var. Tərkibində olan makro və mikro elementlər düyünü insan qidasının ayrılmaz hissəsi olduğunu sübut edir. Düyünün qidalandırıcılıq xüsusiyyətləri çox olmasına baxmayaraq kaloriliyi çox azdır. O arıqlamaq istəyənlər üçün əla qida vasitəsidir. Düyünün tərkibində 8 növ amin turşusu var. Bu amin turşuları yeni hüceyrə toxumalarının əmələ gəlməsini sürətləndirir. Onun tərkibində olan qlütein bitki mənşəli olduğu üçün allergik reaksiyaların əmələ gəlməsinə yol vermir. O beynin aktivliyini artırır, bağırsaq mikroflorasını normallaşdırır, qan təzyiqinin normallaşmasına səbəb olur. Düyünün tərkibində olan mineral maddələr və duzlar saçların möhkəmlənməsinə səbəb olur.
Bəzi dietoloqlar düyü dietası ilə arıqlamağı məsləhət bilir. Onların fikrinə görə düyü vasitəsilə sağlam şəkildə arıqlamaq mümkündür. Düyü dietik və kalorisiz qida sayılsa da onun orqanizmdə mayenin toplanmasına səbəb olduğunu xatırlamaq lazımdır. Belə ki, düyü artıq mayeni özünə çəkib saxlamaq qabiliyyətinə malikdir. O həzmi normallaşdırır və insana enerji verir. Qəhvəyi rəngdə olan və təmizlənməmiş düyü orqanizm üçün daha faydlıı sayılır. Bu düyü növləri orqanizmdən toksinlərin və artıq şlakların xaric olunmasını sürətləndirir. Düyünün tərkibində olan nişastanın miqdarı onun mədə və və onikibarmaq bağırsaq üçün faydalı olduğunun göstəricisidir. Ən keyfiyyətli düyü tamamilə texniki işləmələrdən keçməmiş düyü sayılır. Düyü nə qədər texniki işləmələrə məruz qalarsa, bir o qədər tərkibində olan vitamin və mineralların miqdarı az olur. Ən keyfiyyəti düyü isə təbii yollarla yetişdirilmiş və təbii üsullarla təmizlənmiş düyü hesab olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Düyü" haqqında müzakirə