Axşam yeməyi zamanı aşağıda adları çəkilən 10 qidanı qəbul eləmək olmaz
- Müəllif: elnare
- Tarix: 5 iyun 2017
- Baxış sayı: 9 728
- 0 rəy
Axşam yeməyi zamanı aşağıda adları çəkilən 10 qidanı qəbul eləmək olmaz
1. Düyü
Adətən bizim yediyimiz düyü rafinə edilmiş düyü olur. Bu isə orqanizm tərəfindən gec sorulur. Düyünün tərkibində çoxlu nişasta və karbohidrat var. Düyü və düyü suplarından axşan yeməyi zamanı uzaq durmanızda fayda var.
2. Şokolad
Ən kiçik şokolad belə axşam yeməyi zamanı orqanizm tərəfindən gec sorulur və çəkinin artmasına səbəb olur. Şokoladın tərkibində kofein, şəkər və asan sorulan karbohidrat var.
3. Bulkalar
Axşam yeməyi zamanı birinci və ikinci növ undan hazırlanmış bulka məhsullarının yeyilməsi çəkinin artmasına səbəb olur. Axşam yeməyi zamanı yarımfabrikat qida məhsullarının qəbulu qəti olmaz.
4. Şirin meyvələr
Axşam yeməyində qarpız, üzüm, ərik, yemiş kimi şirin meyvələrin qəbulu qandan şəkərin artmasına səbəb olur. Bu zaman şəkəri aşağı slmaq üçün qan yeni güc axtarmaq istəyir. Bu səbəbdən də qəbulu məsləhət görülmür.
5. Qırmızı ət
Qızardılmış və ya suda bişmiş, heç bir fərqi yoxdur, axşam yeməyi zamanı ət və ya ət məhsulları yemək kökəlməyə səbəb olur Bunun əsasında isə ət yeyən zaman adrenalin hormonunun artması durur. Axşam mütləq ət yemək istəyirsinizsə, o zaman toyuğun döş əti və ya balıq əti yeyin.
6. Hisə verilmiş qidalar
Axşam yeməyidə hisə verilmiş və ya konservləşmiş qidalardan qəti surətdə istifadə etmək olmaz. Bu qidalar sinir impulslarının qıcıqlanmasına səbəb olur. Bu da yatan zaman beyinin dincəlməməsinə səbəb olur ki, bu zaman insan çətin yuxuya gedir və ya narahat yatır.
7. Qoz
Axşam yatmazdan əvvəl qoz yemək məsləhət görülmür. Qozda yüksək kaloriyə malikdir. Bu isə dieta saxlayanlar üçün heç də uyğun görülmür.
8. İstiot
Kəskin qidalar və ədviyyatların axşam qəbul edilməsi dietoloqlar tərəfindən məsləhət görülmür. Çünki, bu saatdan sonra mədə-bağırsaq sistemi aktiv fəaliyyət göstərmir. Bu səbəbdən də sərt qidalar xoşagəlməz hissiyatın yaranmasına səbəb olur.
9. Duzlu qidalar
Yatmazdan əvvəl duzlu və ya marinadlaşdırılmış qida qəbul eləmək həzmin getməməsinə və qıcqırma hissinin əmələ gəlməsinə səbəb olur.
10. Fastfud – ayaqüstü qidalar
Bu qidaların tərkibində yağın, kəskin qida qatqılarının miqdarı çox olur. Onlara əlavə edilən sosuslara isə müxtəlif turşu məhlulları əlavə edilir. Fastfudda istifadə edilən ətin qızardılmasını da nəzərə alarsaq o zaman onun orqanizm üçün nə qədər zərərli olduğunu qeyd etmək olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Axşam yeməyi zamanı aşağıda adları çəkilən 10 qidanı qəbul eləmək olmaz" haqqında müzakirə