Özbək plovu

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 249
  • 0 rəy

Özbək plovu.
Özbək plovu bişirmək üçün 3 qaydaya əməl olunmalıdır:
– yağ dağ edilməli
– zirvək hazırlamalı
– düyü töküb plov hazırlamalı.
Qazana 3 sm yaxın ərinmiş yağ tökülüb qızdırılır. Bəzi xalqlarda qoyun piyi ilə günəbaxan yağının qarışımından da istifadə edilir. Plovu bişirmək üçün əvvəlcə zirvək hazırlanır. Zirvək aşağıdakı kimi hazırlanır:
Qaynar yağın içərisinə doğranmış ət tikələri qoyulur və qızardılır, sonra üstünə soğan və nazik çöp şəkildə doğranmış yerkökü əlavə edilir. Ət nə qədər götürülərsə, soğan və yerkökü də o miqdarda götürülür. Lakin qızartma prosesi elə olmalıdır ki, tərəvəzlərin rəngi bilinsin. Zirvək bişirilən zaman əvvəlcə qazın istisi gur olmalı, sonra isə vam xodda bişirilməlidir. Zirvək hazır olana az qalmış üstünə qırmızı istiot, sumax və zirə əlavə edilir. Hər 500 qram düyüyə 1-1,5 qaşıq ədviyyat qatılır. Sonra qarışıma duz vurulur və yarım stəkan su qatılır. Bəzən plov az, yağ çox olarsa ümumiyyətlə su tökülmür.
Zirvək qazanın dibinə eyni hündürlükdə yayılır, qazın istisi tamamilə azaldılır. Düyü eyni hündürlükdə ətin üstünə yayılır, düyünün üstünə su tökülür. Bəzi aşbazlar düyünün üstünə boşqab qoyur, suyu boşqabın üstünə götürür, sonra boşqabı qazanın içərisindən götürür. Bu üsul suyun hər tərəfə eyni bərabərlikdə yayılması üçündür. Düyünün üstü 1,5-2 sm su ilə örtülməlidir. Daha sonra qazın xodu artırılır, düyülərin qaynayıb bişməsinə nəzarət edilir. Plovda suyun qalıb-qalmamasına nəzarət edilir. Plovun suyu tamamilə çəkildikdə qazanın ağzı örtülür. Su damcıları düyünün üstünə düşməsin deyə qapaq dəsmalla sarınmalıdır.
Özbək plovu bişirilən zaman qarışdırılmır.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Özbək plovu" haqqında müzakirə