Hamiləliyin 40-cı həftəsində nələr olur?
Hamiləliyin 40-cı həftəsində nələr olur?
Hamiləlik 40 həftəyə çatdığında uşağın boyu 52 sm, çəkisi isə 3,5 kiloqram olur. İndi onun başının ölçüsü 93,8 mm, döş və qarın çevrəsinin diametri isə 98,6 və 103,4 mm-ə bərabər olur.
Hamiləliyin 40-cı həftəsində artıq uşaq ana bətninə sığışmır və bu darlıqdan çıxıb qurtarmaq istəyir. Onun hərəkətləri azalır, bəzən isə heç hiss edilmir.
Bu həftə uşağın həyatı üçün ən təhlükəli sayılan şey oksigen aclığıdır. Bu həftə ciftin ölçüsü 34,3 mm-ə çatmış olur.Bu həftə ananın daha diqqətli və uşağa qarşı həssas olması lazım gəlir. Ananın infeksiya xəstəliklərinə yoluxması da son anda uşağın həyatı üçün təhlükəli ola bilir. 40-cı həftədə uşağın həyatı üçün təhlükəli olan şey oksigen çatışmazlığı və ananın infeksiya xəstəliyinə yoluxmasıdır.
Bu həftə doğuşun baş verəcəyi həftədir. Bu həftə hamilə qadın özünü 1 ay əvvəlkindən daha yüngül hiss edir. Bu həftədə meydana çıxan sancılar doğuş sancılarıdır. Ağrıların beldə və cinsiyyət orqanlarında baş verməsi isə həkimə müraciət etməyin çatdığını bildirir.
Ağrilar zamanı düz bağırsaqda gücənmələr meydana çıxa bilir ki, bu da əksər hallarda babasil düyünlərini əmələ gətirir. Bu da özüylə bərabər düz bağırsaqda ağrıların və qanaxmanın meydana çıxmasına səbəb olur. Düz bağırsaqda əmələ gələn çatlar, babasil düyünləri və venaların genişlənmsi doğum prosesi zamanı tez-tez rast gəlinən problemlərdəndir. Bunların əmələ gəlmə səbəbi isə uşaqlığın damarlara və orqanlara təsirinin olmasıdır.
38-40 həftələrdə hamilə qadınların döşlərindən qatı maye axmağa başlayır. Bu süd axarlarının uşaq əmizdirməyə hazır olduğunun göstəricisidir. Bəzi qadınlarda uşaq əmizdirmənin ilk günlərində döşlərin giləsidə quruluq və çatlar əmələ gələ bilir. Bu zaman döşlərin giləsinə E vitamini və ya klendula yağı sürtmək lazımdır.Hamiləliyin 40-cı həftəsində bəzi qadınlarda sidiyi saxlaya bilməmək müşahidə edilir.
Mütəxəssislər qadının doğuşa ac girməsini məsləhət bilmirlər. Düzdü doğuşqabağı kabab yemək də məsləhət görülmür, amma boş mədə ilə doğuş stoluna qalxmaq qadını gücünün zəifləməsinə səbəb ola bilər Doğuşdan qabaq qadının bulyon, yoqurt və ya şirin çay içməsində fayda var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hamiləliyin 40-cı həftəsində nələr olur?" haqqında müzakirə