Enurez

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 361
  • 0 rəy

Enurez – sidiyi saxlaya bilməməyə deyilir.
Gecə enurezi daha çox uşaqlarda, qızlarda 4 yaş, oğlanlarda 5 yaşdan sonra rast gəlinir. Oğlanlarda 2 dəfə çox olur.
Ümumi məlumat:
Sidik kisəsi gərilmə qabiliyyətinə malik olduğu üçün sidiyi özündə toplayır. Normada sidik kisəsində sfinkter nahiyəsinə nisbətən təzyiq aşağı olur. Bunun sayəsində öskürək, gülüş, qaçış zamanı sidik, sidik kisəsində saxlanır. Sidik kisəsinin boşalması sinir tənzimi ilə baş verir.
Yeni doğulanlar və körpələrdə sidik kisəsi müəyyən həcmə dolana qədər avtomatik sıxılır və xaric olur. Vaxt keçdikcə sidik qovucu sistemin “böyüməsi” baş verir. Adətən uşaqlar həm gündüz, həm də gecə sidik ifrazına nəzarət edə bilirlər.
Səbəbləri:
Üzvü səbəblərə – sidik yollarının anomal quruluşu, sidik yollarlnın infeksiyaları, şəkərli və şəkərsiz diabet, sidik kisəsinin innervasiyasının pozulması.
Funksional səbəbləri:
– Sidik kisəsinin requlyasiya mexanizminin pozulması
– Sidik kisəsinin hiperreaktiv sindromu ( sidik ifrazının qəflətən çağırışla təzahür etməsi)
– Gülüş zamanı sidik buraxma ( qarındaxili təzyiqin birdən qalxması)
– Yuxunun xüsusiyyətləri
– Sidik kisəsinin tutumunun fuksional dəyişməsi
– Qəbizlik
– Emosional stress

Diaqnostika:
Enurez 1-cili –bütün ömrü boyu və 2- cili 3 aydan sonra olur. Bu zaman həkimə müracət etmək lazımdır. Bu zaman uşağı pediatr, uroloq, nevroloq müayinə etməlidir. Müayinə planına sidiyin ümumi analizi, qarın boşluğu orqanlarının, kiçik çanaq üzvlərinin USM-i daxildir. Əlavə olaraq sidiyin bakterioloji analizi, sidik sisteminin rengenoqrafiyası, EEQ, neyrosonoqrafiya aparılır.
Müalicəsı:
Siz nə edə bilərsiniz?
Funksional pozğunluqda düzgün rejim, stress faktorları aradan götürmək tələb olunur. Belə uşaqların mənəvi dəstəyə ehtiyacları var. Uşaq özünü günahkar hiss etməməlidir.
Bu zaman enurezin təqvimi tərtib edilir. Yuxudan əvvəl uşağı sakitləşdirmək, sidik kisəsi tam boşalana qədər tualetdə oturtmaq lazımdır. Gecə uşağı yuxudan 1-2 dəfə durğuzmaq, unitazda oturtmaq lazımdır, əsas şərt odur ki, üşaq bu zaman yarıyuxulu vəzyyətdə olmasın. Tədricən onda gecə sərbəst tualetə getmək kimi bioloji vərdiş yaranacaq.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Enurez" haqqında müzakirə