Hamiləliyin 31-ci həftəsində nələr baş verir?

  • Müəllif: elnare
  • Tarix: 13 iyun 2017
  • Baxış sayı: 8 060
  • 0 rəy

Hamiləliyin 31-ci həftəsində nələr baş verir

Bu həftə uşaq ötən həftədəkindən yarım kiloqram artmış olur. Bu həftədən başlayaraq uşağın çəkisi həftədə 200 qram artır. Hamiləliyin 31-ci həftəsində uşağın başının dianetri 77,8 mm, döş və qarın çevrələrinin diametri isə 80 və 82,1 mm ölçüdə olur.

31-ci həftə uşağın baş beyninin yeni inkişafa başladığı dövr sayılır. Bu həftədə uşağın beyninin çəkisi bədəninin çəkisinin ¼ nisbətində olur. Bu həftədə ananın dərialtı piy toxumasında artım müşahidə olunarsa, uşağın dərisi altında piy toxuması yığılır. Uşağın dərisinin altına piy toxumasının toplaşması onu dərisinin tonusunun yaxşılaşmasına səbəb olur. Bu həftə uşağın gözünün ətrafı və saçlarında rənglər əmələ gəlir.
31-ci həftədə ananın qarnı bir az da böyümüş olur və onun çəkisi bir az da artır. Bu həftədən başlayaraq uşaqlıq yavaş-yavaş aşağı düşməyə başlayır. Bu həftə əzələrdə və qarında spazmlar arta bilir. Amma, qorxmaq lazım deyil, çünki bu doğuş cancıları deyil. Bu həftədən başlayaraq ana özünə qarşı diqqəti daha da artırmalıdır. Məqsəd isə hamiləliyi 40 həftəyə çatdırmaqdır.

Hamiləliyin 31-ci həftəsində qadının axıntısı sağlam və iysiz olur. Bəzən isə yanğı və qaşınma müşahidə edilir. Bu uşaqlıq yolunun mikroflorasında əmələ gələn dəyişikliklər səbəbindən göbələk xəstəlikləri meydana çıxan zaman baş verir. Bu zaman yerli müalicə tətbiq edərək əlamətləri aradan qaldırmaq lazımdır. Sadalanan əlamətlərin baş verməməsi üçün isə şəxsi gigyena qaydalarına əməl eləmək və uşaqlıq yoluna infeksiya düşməsinin qarşısını almaq lazımdır. Çünki, infeksiyanın artıb çoxalması uşağın vaxtından əvvəl dünyaya gəlməsinə səbəb ola bilir.

Mütəxəssislər bu həftə hamilə qadınlara quru və kalorili yeməyi məsləhət bilmir. Əgər hamilə qadın bir dilim pizza yeyərsə mütəxəssislər yanında mütləq giləmeyvə və ya alma yeməyi məsləhət bilir. Mütəxəssilər bu həftədən başlayaraq şirniyyatdan uzaq durmağı tövsiyə edirlər. Yeməklərarası qəbul elilən buterburodu işə yağsız və sadə peçenye ilə əvəz eləməyi məsləhət bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləliyin 31-ci həftəsində nələr baş verir?" haqqında müzakirə