Hamiləliyin 34-cü həftəsində nələr olur?

  • Müəllif: elnare
  • Tarix: 17 iyun 2017
  • Baxış sayı: 29 715
  • 0 rəy

Hamiləliyin 34-cü həftəsində nələr olur?

Hamiləliyin 34-cü həftəsində uşaq səkkiz ay yarımlıq olur. İndi onun çəkisi 2,200 kiloqram, boyunun uzunluğu isə 45 sm, başının ölçüsü isə 84 millimetrdir. Hamiləliyin 34-cü həftəsndə döş və qarın çevrəsinin diametri 87,3 və 90 mm olur. Bu ölçülərin normadan az və ya çox olması feto-plasentar çatışmazlıq hesab edilə bilər.

Hamiləliyin 34-cü həftəsində hamilə qadının hormonal sistemində baş verən dəyişikliklər ananın südəmizdirmə dövrünə hazırlanması üçün təkan verir. İndi uşağın sümüklərində daha çox kalsium toplanıb. Bu həftə ana və uşağın gündəlik kalsiuma olan ehtiyacı daha da çox olur.

Hamiləliyin 34-cü həftəsində qadının həyəcanı bir az da artmış olur. Bu ay hamilə qadının ən həyəcanlı ayı sayılır. Bütün qadınlar bu ayda çəkilərinin artmağı və doğum barədə düşünürlər. Doğum həyəcanı bəzi hamilə qadınların hətta sinir sisteminə pis təsir edir. Bu həftələrdə hamilə qadınların əksəriyyəti təbii doğuşla, yoxsa, qeysəriyyə ilə uşaq dünyaya gətirməyi barədə düşünür. Uşaqlıq böyüdüyü üçün indi diafraqma daha da çox sıxılır və hamilələrdə bu həftələrdə hava çatışmazlığı və ya nəfəs darlığı meydana çıxa bilir. Bu əlamətin qarşısını almaq üçün mütəxəssislər hamilə qadınlara açıq havada gəzməyi və dərindən nəfəs almağı məsləhət bilir.

Bu həftə hamilə qadınlarda olan qıcqırma, qəbizlik, bel ağrıları, ayaq venalarında durğunluq bir az da artmış olur. 34-cü həftədə uşaq ana bətnində saatda 4-5 dəfə tərpənir. Bu dövrdə uşağın həddindən çox tərpənməsi normal sayılmır. Bu səbəbdən də uşaq həddindən çox hərəkət etdiyi zaman mütləq həkimə müraciət etmək lazımdır. Çünki, bu uşağın ana bətnində özünü diskomfort hiss etməsidir.

Hamilliyin son aylarında ananın uşaqlıq yolunu infeksiya xəstəliklərindən qorumaq lazımdır.

Hamiləliyin 34-cü həftəsində əllərdə və ayaqlarda şişkinliklər hiss edilir. Böyrəklərin orqanimdəki suyu çıxara bilmədiyi halda hamilə qadınların üzündə də şişkinliklər hiss edilir. Bunların baş verməməsi üçün isə hamiləliyin sonuncu həftələrində qadınlara mayedən az istfadə emək məsləhət bilinir. Şişkinlik çox olduğu halda isə orqanizmə daxil olan su ilə xaric olan suyun miqdarını nəzarətdə saxlamaq lazımdır. Şikinlik olduğu halda qida rasionundan duzun çıxarılması məsləhət bilinir.

Bağırsaqlarda qəbizlik olduğu hallarda isə müəxəssislər bağırsaq möhtəviyyatını yumşatmaq üçün şirələr içməyi məsləhət bildirir ( çuğundur, kələm və s.).
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləliyin 34-cü həftəsində nələr olur?" haqqında müzakirə