Hamiləliyin 37-ci həftəsində nələr olur
Hamiləliyin 37-ci həftəsində nələr olur
Hamiləliyin 37-ci həftəsində uşaq bir az da böyümüş olur. 37-ci həftədə onun çəkisi 3 kq, uzunluğu isə 49 sm-ə çatmış olur. Bu zaman onun başının ölçüsü 89,4mm, döş və qarın çevrəsinin diametri 93,8mm və 97mm olur. Bu həftədən arıq uşaq doğuşa hazır olmuş olur. Hamiləliyin 37-ci həftəsində uşaq sərbəst şəkildə həzm sistemini və tənəffüs siostemini idarə edə bilir.
Bu dövrdə uşağın dəraltı piy toxuması lazım olduğu qədər inkişaf etmiş olur. Yığılan piy toxuması uşağın bədən temperaturunu qoruyub saxlaya bilir. Dərinin isə hər tərəfi çəhrayı rəngdə olur. Yetərincə kalsium toplamış uşağın kəllə sümükləri beyini doğuşdan qoruya biləcək qədər bərkimiş olur. Bu həftə uşağın ağciyərləri ilk dəfə nəfəs alıb-vermə prosesində iştirak edir.
Hamiləliyin 37-ci həftəsində uşağın sinir sistemi tam formalaşmış olur. O böyük olduğuna görə ana bətnində istədiyi kimi hərəkət edə bilmir.İndi ananın vəziyyəti daha da ağırlaşır. Qıcqırma, qəbizlik və hərəkətin çətinləşməsi hamilə qadının vəziyyətini çətinləşdirir. Hamiləliyin 37-ci həftəsindən ananın yeganə təsəllisi doğuşun tezliklə baş vercəyi və onun azad olmağıdır.
Bu həftədə uşaqlıq bir az da aşağı düşmüş olur və aralıq nahiyədə ağırlıq hissi duyulur.
37-ci həftədə uşaqlıqdan orqanimin vəziyyətinə uyğun olan axıntı xarıc olunur. İnfeksiya düşdüyü zaman uşaqlıqdan iltihabi, göbələk mənşəli olduqda isə ağ çürüntüyə bənzər maddə xaric olunur. Yadda saxlamaq lazımdır ki, uşaqlıq yolundan axan axıntı doğulacaq uşağın sağlamlığının göstəricisidir.
Bu həftədə qarında sancılar meydana gələ bilir. Bu həftələrdə sağ qabırğaaltı nahiyədə də ağrı hissi meydana gələ bilir. Bu səbəbdən də qidaya diqqət yetirməli, az-az və tez-tez yemək lazımdır. Bu dövrdə daha çox əsəb və stressdən uzaq durmaq lazımdır. Bu dövrdən artıq doğuş və uşağın doğuşdan sonra əmizdirilməsi üçün südüun olması barədə düşünmək lazımdır.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hamiləliyin 37-ci həftəsində nələr olur" haqqında müzakirə