Hamiləliyin 33-cü həftəsində nələr baş verir?

  • Müəllif: elnare
  • Tarix: 14 iyun 2017
  • Baxış sayı: 21 103
  • 0 rəy

Hamiləliyin 33-cü həftəsində nələr baş verir?

Bu həftədə uşağın başı önünə doğru əyilmiş, əlləri və ayaqları isə bədəninə sıxılmış vəziyyətdə olur. Onu duruşu sanki, “xaricə çıxmağa hazır vəziyyət”şəkli almış olur. Artıq o böyüyüb və olduğu yerə sığışmır. Onun başı ayaqlarının ortasına – yumurtalıqlarına doğru əyilir. Bu onun normal duruş vəziyyətidir. Uşağın başının arxaya doğru əyilməsi patoloji hal hesab olunur. Əvvəllər baş hamiləliyin 32-ci həftəsində arxaya tərəf əyildukdə uşağın həyatına son qoyulurdu. İndi müasir tibb elmi bu işin öhdəsindən gələ bilir. Belə hal müayinə zamanı aşkar edildikdə təcili qeysəriyyə əməliyyatı həyata keçirilir. Əməliyyatdan sonraa isə xüsusi qulluq etdikdə uşağın yaşama şansı ola bilir.

33 həftəliyində dünyaya gələn uşaqların qığırdaq toxumaları sıxlaşmış, dırnaqları isə yarımçıq inkişaf etmiş olur. Bu həftədə uşağın boyunun uzunluğu 44 sm, döş və qarın çevrəsinin ölçüsü isə 85mm və 87,4mm ölçüdə olur. Bəzi mütəxəssislər 33-cü həftədə doğuşun baş verdiyi zaman ağırlaşmalar meydana çıxdığını söyləyirlər.

Hamiləliyin 33-cü həftəsində hamilə qadının həyəcanı, qorxusu, və gərginliyi bir az da artmış olur. Bu həftə hamilə qadın tərkibində kalsium çox olan qidalar qəbul eləməlidir. Kalsium əzələlərdə qıcolmaların qarşısını alır.

33-cü həftədə dəridə əmələ gələn qaşınmaların miqdarı bir az da artmış olur, qarında ağırlıq hissi bir az da çoxalır. Mütəxəssislər özünü ağır hiss edən hamilə qadınların xüsusi bandaj taxmalarını məsləhət bilir. Qarının böyük olması səbəbindən hamilə qadınlarda oksigen çatışmazlığı meydana gələ bilir. Bu zaman dərindən nəfəs almağa çalışmaq lazımdır. Bu həftədən başlayaraq qarın tədricən aşağı düşür. Ayaq üstə çox durduqda və piyada uzun müddət gəzdikdə ayaq venalarında durğunluq əlamətləri meydana çıxır. Bu əlamətlərin olmaması üçün ayaqlara qulluq etmək və sıx corab geyinmək lazımdır. Bu dövrdə uşağın ana bətnində yatdığı zamann yuxu görməsi barədə söyləntilər deyilir. Bunu ana bətnində uşağın yatdığı zaman USM nəzarəti altında müayinə edilib. Müayinə zamanı yatmış uşağın qəfildən əl və ayağını tərpətdiyi nəzərə alınaraq həkimlər də bu faktın doğru olduğunu təsdiq edirlər.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləliyin 33-cü həftəsində nələr baş verir?" haqqında müzakirə